Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"XAN SARAYI" DÖVLƏT TARİX-MEMARLIQ, MÖMİNƏ XATIN VƏ AÇIQ SƏMA ALTINDA MUZEY KOMPLEKSİ

Xan Sarayı XVIII əsrin sonlarında tikilmişdir. Naxçıvan xanlığının əvəzsiz xidmətləri nəzərə alınaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmış və 2015-ci ildən "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi" kimi fəaliyyət göstərir. 8 ekspozisiya zalından ibarət olan muzeydə 3 minə yaxın  eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.

Kompleksə daxil olan Möminə Xatın türbəsi XII əsr Azərbaycan milli memarlığının incisi hesab edilir. Türbə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin layihəsi ilə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı Möminə xatının məzarı üzərində ucaldılmışdır. Türbənin tikintisi isə Şəmsəddin Eldənizin oğlu Cahan Pəhləvan tərəfindən başa çatdırılmışdır. 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.

Kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzeydə əksəriyyətini qoç fiqurları təşkil edən  200-dən çox eksponat nümayiş olunur. Bununla yanaşı, muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri, daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü  sənduqələr və s. mühafizə  olunaraq nümayiş etdirilir.

 

                              Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti