Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Hər bir ölkənin tarixinin qədimliyi, xalqın keçdiyi inkişaf yolu onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Abidələr və tarixi yerlər aid olduğu xalqların kimliyini, mövcudluğunu, hərb tarixlərini, inanc və yaşam tərzlərini özündə yaşadır.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülmüş, zəngin qanunvericilik bazası yaradılmışdır.
Sonra Ordubad Rayon İcra Başçısının müavini Fərqanə Hüseynli çıxış edərək bildirib ki, Qədim Oğuz yurdu Naxçıvanda əsrlərin yadigarı olan abidələr xalqımızın qədim dövrdən Nахçıvаnın yеrli əhаlisi оlduğunu təsdiq еdən əvəzеdilməz mаddi mədəniyyət nümunələridir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim olunub.
Daha sonra muzeyin ekspozisiyasına baxış keçirilib.
Sonda muzey ətrafında qeyd olunan gün münasibətilə çinar ağacları əkilib.