Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“2 avqust - Azərbaycan Kinosu Günü” ilə bağlı tədbir keçirilib

“2 avqust - Azərbaycan Kinosu Günü” ilə bağlı tədbir keçirilib

 

Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “2 avqust - Azərbaycan Kinosu Günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirmişdir ki, Azərbaycan kino sənətinin yaranması və inkişafı heç də dünya kinosunun yaranmasından geri qalmamış, 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərinin nümayiş etdirilməsi ilə Azərbaycanda milli kinosunun əsası qoyulmuşdur.

Vurğulanmışdır ki, bu gün Azərbaycan kinosunun yaradılmasının 125 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 125 illik çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə bərabər, həm də dəyərlərini qorumuş və yaşatmışdır.

Azərbaycan kino tarixində dönüş mərhələsi isə 1970-ci illərdən başlanır. İncəsənətimizin hamisi olan ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Məhz Heydər Əliyevin səyi nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyulmuşdur. Tariximizin bir çox mərhələlərini kinoda əks etdirməyin bu günümüz və gələcəyimiz üçün çox gərəkli olduğunu həmişə vurğulayan ümummilli liderin himayədarlığı və təşəbbüsü ilə Azərbaycan tarixinə, mədəni abidələrinə, dahi şəxsiyyətlərin həyatlarına güzgü tutan “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəlmiş, “İstintaq”, “Bir cənub şəhərində” kimi onlarla ekran əsəri onun dönməz iradəsi nəticəsində sovet senzurasından keçməklə izləyici qarşısına çıxa bilmişdir. Kino sahəsində çalışan sənətkarlar diqqət və qayğı ilə əhatə olunmuşdur

Qeyd olunub ki, ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il iyulun 3-də “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Film Fondu yaradılmış və filmlərin qorunması təmin edilmişdir.

Bildirilib ki, Bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsini yaşayır. ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə  təkan vermiş, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuş, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyi ilə bağlı sərəncam imzalanmış və dövlət səviyyəsində qeyd olunmuşdur.

125 yaşlı Azərbaycan kinosu, həm də mədəniyyətimizə dəyərli aktyor rejissor, rəssam, bəstəkar heyəti qazandırmışdır. Bu gün ehtiramla xatırladığımız o insanların içərisində Naxçıvan torpağının yetişdirdiyi incəsənət xadimləri də yer alır. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüş göl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvanda aparılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Film Fondu, kino muzeyi də məhz milli kino sənətimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi məramına xidmət edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın himayədarlığı ilə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, mötəbər kino, sənət tədbirlərində nümayiş olunur, mükafatlara layiq görülür. İnanırıq ki, şanlı zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi, 30 illik həsrətdən sonra tarixi torpaqlara əbədi qayıdış milli kinematoqrafiya sahəsinə də təsirsiz ötüşməyəcək, tarixi zəfərimizi mavi ekanlara daşıyıb, dünyanın sənət sərgilərinə çıxaran ölümsüz filmlər yaranacaqdır.

Sonra Tofiq Tağızadənin “Görüş” bədii filmi nümayiş etdirilmişdir.

Tədbirin sonunda ı Azərbaycan kinosu ilə bağlı stendlərə və Kino muzeyinə baxış keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

02.08.2023