Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

27 sentyabr- Anım Günü ilə əlaqədar olaraq "Vətən sağolsun!" adlı tədbir keçirilib

25 sentyabr 2024-cü il tarixdə Xatirə Muzeyində 27 sentyabr- Anım Günü ilə əlaqədar olaraq "Vətən sağolsun!" mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər və muzey əməkdaşları iştirak ediblər.
Öncə Ümummilli lider Heydər Əliyevin və müqqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Muzeyin direktoru Aytən Qasımova tədbiri giriş sözü ilə açaraq bildirib. "27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü". Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri, eyni zamanda şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov öz çıxışında 44 günlük Haqq savaşımızdan ətraflı söz açaraq vurğuladı ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi. Eyni zamanda şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna xanım, şəhid baş leytenant Sahil Məmmədovun anası Sahilə xanım və şəhid leytenant Vəli Quliyevin anası Həqiqət xanım çıxış edərək övladlarının şücaətindən fəxarətlə bəhs edib, onlarla bağlı xatirələrini paylaşıblar. Qeyd ediblər ki, belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Sonra Vətən müharibəsi iştirakçısı, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov çıxış edərək, müasir Azərbaycan Ordusunun qüdrətindən, Vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğulların keçdiyi döyüş yolundan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. 

Tədbirin bədii hissəsində Xatirə Muzeyinin əməkdaşı və Naxçıvan Dövlət Universitetinin tələbəsi  şəhidlərə  və qazilərə həsr olunan şeirləri səsləndirib, sonda isə muzeyin ekspozisiyasına baxış olub.