Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 16 sentyabr 2024-cü il tarixdə şəhər və rayon MKS-lərinin Uşaq şöbələrinin əməkdaşları ilə birlikdə mühazirə keçirilib

Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki,respublikamızda müxtəlif tipli kitabxanalar mövcuddur və onların hər biri müəyyən oxucu qruplarına xidmət edir. Bu kitabxanaların içərisində uşaq kitabxanaları mühüm yer tutur. Uşaq kitabxanası uşaq ədəbiyyatının dövlət kitabsaxlayıcı, uşaqlara kitabxana xidmətinin informasiya, uşaq kitabxanalarının və MKS-nin uşaq şöbələrinin elmi-metodik mərkəzidir. Uşaq kitabxanaları oxucularda mütaliə mədəniyyətinin, nitq mədəniyyətinin formalaşdırılmasında, dərketmə qabiliyyətinin təhsilə və ictimai vəzifələrə sayıq münasibətin inkişafına kömək edir.
        Sonra Kitabxananın  Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova “Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu”, “Uşaq kitabxanalarının iş prinsipləri”, “Uşaq şöbələrinin quruluşu və idarə olunması” mövzusunda çıxış edərək bildirib ki, uşaq kitabxanalarının qarşısında ölkə miqyasında uşaqların təhsil və tərbiyəsində, uşaqların mütaliəsinin təşkilində müxtəlif tipli uşaq kitabxanalarının işinin əlaqələndirilməsində  mühüm əhəmiyyət kəsb edən vəzifələr durur. Bunların vəzifəsi şagirdlərə bilikilərini inkişaf etdirməkdə və s. köməklik etməkdən ibarətdir. Bu vəzifələrin həlli hər şeydən əvvəl kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsini, kitabxananın qarşısında duran vəzifələrə cavab verən kitab fondunun yaradılmasını, yüksək ixtisaslı kadrlarla təmin edilməsini, güclü elmi-metodiki aparatın yaradılmasını tələb edir.
        Sonda mövzu ətrafında müzakirələr aparılıb.