Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şəhər və rayon MKS-lərinin Uşaq şöbələrinin əməkdaşları ilə birlikdə mühazirə keçirilib

       A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 17 sentyabr 2024-cü il tarixdə şəhər və rayon MKS-lərinin Uşaq şöbələrinin əməkdaşları ilə birlikdə mühazirə keçirilib.

       Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, bu gün kitabxana insanların informasiya təlabatını ödəmək üçün dünya biliklərinə açılan pəncərə, mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsildən nəsilə çatdıran bir elm müəssisəsidir.

       Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin baş kitabxanaçısı Xədicə Hüseynova “Kitabxana fondlarının komplektləşdirilməsi və çap əsərlərinin inventarizasiyası, Kitabxana fondunun təşkili və uçotu, Kitabxana fondunun düzülüşü və mühafizəsi” mövzusunda çıxış edərək bildirib ki, kitabxana fondları təkcə mədəni irsimizin bir parçası kimi deyil, həm də cəmiyyətin mühüm informasiya mənbəyidir.  Kitabxana fondunun öyrənilməsi çox mühüm, lakin mürəkkəb vəzifələrdən biridir. Kitabxana fondlarında kitabların təbii köhnəlməsinin qarşısını almaq üçün ən qiymətli nəşrlərin saxlanmasına, daim mühafizə edilməsinə diqqəti artırmaq lazımdır. Bu məqsədlə fondun saxlanması və mühafizə edilməsi qaydalarına xüsusən nəzarət edilməlidir. Fondun mühafizəsinə müxtəlif amillər təsir göstərir. Kitabxana fondunun uzun müddətli mühafizəsində kitab və digər sənədlərin hazırlanmasında istifadə edilən materialların texniki möhkəmliyi, bioloji davamlılığı nəzərə alınır.

      Sonra Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova “Uşaq kitabxanalarında xidmət işinin təşkili”, “Mütaliə işinin təşkili”, “Kiçik yaşlı uşaqların mütaliəsinə rəhbərlik”, “Kitabxanalara oxucu cəlbinin artırılması və uşaqların mütaliəsinin gücləndirilməsi üçün tədbirlər” mövzusunda çıxış edərək bildirib ki, böyüməkdə olan nəslin düzgün təlim-tərbiyəsində kitab böyük rol oynayır. Məhz bu mənada uşaqların mütaliəsi son dərəcə mühüm məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır. 

     Sonda mövzu ətrafında müzakirələr aparılmış və video slayda baxış keçirilib.