Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Aşıq Nabatın 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Tədbir iştirakçıları əvvəlcə Şərur rayonunun Siyaqut kəndində yerləşən Aşıq Nabatın məzarını ziyarət edib, məzarının üzərinə tər gül dəstələri düzüblər.
Şərur rayon Mədəniyyət Sarayında davam edən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov aşığın həyat və yaradıcılığından bəhs edib.Qeyd edib ki, Aşıq Nabatın yaradıcılığında yurd həsrəti ayrıca bir mövzu təşkil edir. El aşığının qoşma, gəraylı və bayatılarının əksəriyyətində yurd həsrəti, vətən sevgisi, doğma yerlər üçün alışıb-yanma hissinin ifadəsini müşahidə olunur.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səfər Hüseynov Aşıq Nabatın vətəndən uzaqda yaşaması onda yurd həsrəti, el dərdi yaratmasını və bu hisslərin aşığın yaradıcılığında dərin iz buraxmışdır deyə bildirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət,Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Elxan Yurdoğlunun moderatorluğu ilə davam edən tədbirdə Aşıq Nabat Cavadovanın qızı Kəmalə xanım ilə video bağlantı vasitəsi ilə əlaqə yaradılıb. Kəmalə xanım anası ilə yaşadığı xatirələri tamaşaçılarla bölüşüb.

Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun, aşıqlar - Afaq Kamalova, Növqar Məmmədov, Lamiyə Həsənzadə və digər sənətkarların ifasında “Kərəm” gözəlləməsi, “Ovşarı” havası, “Ayaq şəşəngi” havası, “Yanıq Kərəmi” havası və bir sıra musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.