Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Ayının sevgisi” tamaşası Şərurda teatrsevərlərə təqdim edilib

6 dekabr 2024-cü il tarixdə Şərur Rayon Mədəniyyət Sarayında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Anton Pavloviç Çexovun “Ayı” pyesi əsasında hazırladığı “Ayının sevgisi” tamaşasını teatrsevərlərə təqdim edib.

Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı İlham İsmayılov, musiqi tərtibatçısı Yusif Həsənovdur. Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov, Məlahət Həsənova və Məhərrəm Əlilsoy canlandırıblar.
Qeyd edək ki, səhnə əsərinin əsas süjet xəttini borc məsələsi üzərində qurulan gərgin münasibətlər təşkil edir. Həyat yoldaşının vəfatından sonra qəm-qüssə içində yaşayan mülkədar Yelena İvanovna Popovanın evinə qəfil Qriqori Stepanoviç Smirnov gəlir. O, Yelenadan vəfat etmiş ərinin ona olan borcunu dərhal qaytarmağı tələb edir. Mülkədar qadın Smirnovdan müəyyən müddət möhlət istəyir, qonağı ədəbsiz, nəzakətsiz və ayı adlandırır. Eyni zamanda, qulluqçu Lukaya qəfil qonağı evdən çıxarmağı əmr edir.
Borc qaytarılmadıqda tərəflər duelə çıxır. Smirnov qadını silahla necə rəftar etməyi öyrədir. Elə bu zaman o, Y.Popovaya sevgi etirafı edir. Qadın Smirnovdan çıxıb getməsini tələb etsə də, sonda onun sevgisini qəbul edir..

Tamaşaçılar tərəfindən maraqla izlənən səhnə əsəri alqışlarla qarşılanıb.