Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımovun Xatirə gecəsi keçirilib

25 oktyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Naxçıvan şəhər Gənclik Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Qurban Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Həcərxanım Məmmədova Qurban Qasımovun həyat yaradıcılığından bəhs edib. Vurğulanıb ki, Qurban Qasımov 1989-cu ildə Qarabağda keçirilən “Xarı bülbül” festivalında Naxçıvan xanəndəlik sənətini layiqincə təmsil edib.
O, qeyd edib ki, Qurban Qasımovun fəaliyyəti daim dövlət tərəfindən yüksək qiymətləndirilib.O, dəfələrlə Naxşıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Diplom və Fəxri Fərmanları ilə təltif edilib.
Sonra xanəndənin sənət dostları - Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov və Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev onunla bağlı xatirələrini tamaşaçılarla bölüşüb.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının ansamblının müşayiətilə Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri – Xatirə Səfərova, Zülfiqar Mahmudov, Hünər Əliyevlə yanaşı, Habil Qasımov, Əbülfəz Məmmədli və digər sənətkarlar tərəfindən “Şuşanın dağları”,”Rast” təsnifi, “ Şikəsteyi – fars” təsnifi, “ Yaxan düymələ”, “ Mahur” təsnifləri kimi musiqi nömrələri səsləndirlib.
Sonda konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.