Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Beynəlxalq Poeziya Günü qeyd edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 21 mart-Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirilib. Muxtar respublikada yaşayıb-yaradan qələm sahiblərinin və poeziya həvəskarlarının qatıldığı tədbiri giriş nitqi ilə Nazirlik Aparatının baş məsləhətçisi Aygün Heydərli açıb. Vurğulanıb ki, artıq 25 ildir  bütün dünyada qeyd olunan günün tarixi 1997-ci ildə Türkiyənin tanınmış mədəniyyət xadimi, şair Tarik Günerselin Beynəlxalq Poeziya Gününün qeyd olunması ilə bağlı təklif irəli sürməsi ilə başlayıb. 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart tarixi Beynəlxalq Poeziya Günü elan olunub. Azərbaycanda əlamətdar gün 2007-ci ildən qeyd edilməkdədir.

      Vurğulanıb ki, “Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir”,  deyən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev  ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına, təbliğinə, dünyada tanıdılmasına, qələm sahiblərinin himayə edilib, əsərlərinin çap edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, fəxri ad və titullarla mükafatlandırılmasına çox həssaslıqla yanaşılıb.Son illərdə Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla onlarla görkəmli şair və yazıçının yubileyləri dövlət səviyyəsində qeyd edilir, əsərləri çap və təbliğ olunur.

       Naxçıvan Muxtar Respublikası Yazıçılar  Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev dünyanın, eləcə də ölkəmizin  tanınmış şairlərini yada salıb, onların yaradıcılığından nümunələr səsləndirib, ədəbiyyatımızın inkişaf mərhələləri haqqında fikirlər səsləndirib. Bildirib ki, 1500 illik  tarixə malik olan yazılı poeziya nümunələrimiz sübut edir ki, Azərbaycanda poetik düşüncə zamanın min illik sınağından uğurla çıxıb.

      M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitab­xanasının direktoru Tamella Əsgərova diqqətə çatdırıb ki, bu günün qeyd edilməsinin məqsədi milli, regional və beynəlxalq poetik hərakata yeni təkan verməkdir.

  Sonra qələm sahibləri-Alməmməd Eldaroğlu, Elxan Yurdoğlu, Təranə Arifqızı, Kəmalə Nəsrin, Məftunə Hüseynbəyli, Ruhəngiz Əliyeva, Zeyqəm Vüqar,Tofiq Qəbul  və digər şairlər şeirlərini bədii qiraət ediblər.

Tədbir sərgiyə  baxışla sona çatıb.

 

   

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

15.03.2024