Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Bir kərə yüksələn bayraq, bir daha enməz”

 Martın 6-da – Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, publisisti Məhəmməd Əmin Rəsulzadənin vəfatı günündə Şahbuz Rayon Mədəniyyət Sarayında “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir keçirilib. 
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə keçirilən və M. Ə. Rəsulzadənin 140 illik yubileyinə həsr olunan tədbiri giriş sözü ilə Mərkəzin direktoru Səyyar Məmmədov açıb. Bildirilib ki, bu ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 ili tamam oldu. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev ötən il dekabrın 30-da “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. 
Vurğulanıb ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. 
Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki klub müəssisələrində çalışan əməkdaşların iştirak etdiyi tədbirdə Mərkəzin şöbə müdiri Zəminə Gülməmmədovanın və Mədəniyyət Şöbəsinin məsləhətçisi Elvin Səfərovun “Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadə” və “Görkəmli şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə”  mövzularında çıxışları olub. Bildirilib ki, “Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal”, – deyən M. Ə. Rəsulzadə sadəcə Milli İstiqlal yolunu göstərmədi, həm də bu yolun dəqiq xəritəsini cızaraq bu yolda irəliləyən millətin bələdçisinə çevrildi. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” nidası XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.
Tədbirin bədii hissəsində M. Ə Rəsulzadənin yaradıcılığından nümunələr bədii qiraət edilib.