Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Türkiyədə qastrol səfərində olub

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi iyul ayının 13-dən 17-nədək Türkiyədə qastrol səfərində olub.  Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyevin    türkiyəli dramaturq Mehmet Ümit Görgülünün “Cibimizdeki cinnet ” əsəri əsasında hazırladığı “Cibimizdəki dəlilik” psixoloji komediyası ilə qastrola çıxan kollektiv qardaş ölkənin Ege bölgəsində, Sardes, Foça və İzmir şəhərlərində tamaşanı teatrsevərlərə təqdim ediblər. Bundan başqa, kollektiv antik dövrdə teatrın yarandığı iddia edilən Sardesdə keçirilən  VIII Beynəlxaq Dionis Teatr və Təlim Düşərgəsinə də qatılıb. Burada Azərbaycanı təmsil edən yeganə teatr kollektivinin aktyorları türkiyəli mütəxəssislər tərəfindən teatrla bağlı təşkil olunan təlimlərdə iştirak edib və teatrın direktor müavini Səməd Canbaxşiyev  Naxçıvan teatrının tarixi, yaradıcılıq ənənələri və bu günü ilə bağlı iştirakçılara geniş məlumat verib.

Sardesdəki açıq hava altındakı meydanda  Azərbaycan folklorunun nümunələri olan “Kos-kosa” oyunu, “Xına yaxdı” mərasimi və “Tənzərə” yallısı ilə tamaşaçılar qarşısında çıxış edən kollektiv qədim türk folklorunun Azərbaycanda bu gün də  yaşadıldığını göstərib. Oyundan sonra yerli tamaşaçılar bu cür ənənələrin bir zamanlar onlarda da olduğunu, lakin bu gün unudulduğunu vurğulayıblar. Milli ənənəni yaşatdıqları üçün Naxçıvandan olan aktyorlara təşəkkür ediblər.

 Eyni zamanda əsərin müəllifinin doğulduğu  Foçada və Türkiyənin teatr şəhəri sayılan İzmirdə təqdim edilən tamaşalar seyrçilər tərəfindən maraqla və ayaq üstə alqışlarla qarşılanıb.

Tamaşalardan sonra çıxış edən türkiyəli dramaturq Mehmet Ümit Görgülü  Naxçıvan Teatrının kollektivinə əsərinin peşəkar səviyyədə və yüksək ustalıqla hazırlayıb təqdim etdiklərinə görə təşəkkrünü bildirib. Azərbaycan teatr sənətinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Qeyd edək ki, Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” əsərinin rejissoru, musiqi tərtibatçısı və baş rolunun ifaçısı Naxçıvan Muxtar Respublikasının əməkdar artisi Səməd Canbaxşiyev, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada rolları isə teatrın gənc aktyorları Məmməd Mehdiyev, Ələsgər Quliyev, Uğur Nəsirli, Mehri Nəbiyeva, Ləman Vəliyeva, Vəfa Qurbanova, Mirqabil Əkbərov, Amil Yusifov və Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov ifa edir.  

Qastrol səfərinin Naxçıvan Dövlət Milli Dram Teatrının 140, Türkiyə Cumhuriyyətinin  100 illiyinə həsr edildiyini bildirən teatrın direktor müavini Səməd  Canbaxşiyev bununla məqsədin iki ölkə arasında mədəni əlaqələrə   töhfə vermək və Azərbaycan teatr ənənələrini türkiyəli teatrsevərlərə təbliğ etmək olduğunu vurğulayıb.