Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Dünya İncəsənət Günü” və “Uşaq İncəsənət Festivalı”nın açılışına həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayanında  “Dünya İncəsənət Günü” və “Uşaq İncəsənət Festivalı”nın açılışı ilə əlaqədar olaraq tədbir keçirilib.
Əvvəlcə Sarayın foyesində Naxçıvan Dövlət Rəsm Qalereyasında olan rəsm əsərlərindən və Nazirliyin sistemindəki klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının sektor müdiri Həcərxanım Məmmədova qeyd edib ki, Mədəniyyət, incəsənət hər bir xalqın ən qiymətli sərvəti, tarixi varlığının, milli kimliyinin sübutudur. Dünyanın harasında, kim tərəfindən, necə yaranmasında asılı olmayaraq hər bir mədəniyyət, incəsənət nümunəsi tayı-bərabəri olmayan bir sərvətdir.
Vurğulanıb ki, bu gün bu tədbirlə incəsənət sahəsində uşaq və yeniyetmələr üçün olduqca əhəmiyyətli bir layihənin "Uşaq İncəsənət Festivalı"nın açılışına start verilməsi heçdə təsadüfi deyil.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs kollektivi tərəfindən “Yallı rəqsi”, “İnnabı” və Şərur Xalq Yallı Ansamblı tərəfindən isə “Xələfi Yallısı” təqdim olunub.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının solistləri – Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva, Emin Hüseynov tərəfindən “Arzu”, “Sevgili canan”, Kamera Orkestri tərəfindən isə “Qramafan vals”, “Şəhrizadın bayramı” və digər musiqi nömrələri ifa edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.