Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Gəmiqaya abidəsinin UNESCO-nun tentativ siyahısına salınması istiqamətində işlərə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülmüşdür.
Belə ki, Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq Muxtar Respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, həmcinin bərpa olunacaq abidələrin ilkin siyahıları müəyyənləşdirilməsi ilə bağlı iş aparılmış, tarix-mədəniyyət abidələrinin UNESKO-nun maddi mədəni irs üzrə tentativ siyahısına salınması barədə təkliflər təqdim edilmişdir. 
Belə abidələrdən biri də Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya abidəsidir. Abidənin UNESKO-nun maddi mədəni irs üzrə ilkin siyahısına salınması üçün məlumatların toplanması məqsədilə 2024-cü ilin  2-6 avqust tarixlərində  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Tarix elmləri doktoru, Avropa Şurasının nəzdində CARP–PRAT təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi Məlahət Fərəcova Naxçıvan Muxtar Respublikasına ezam edilmişdir.
Məlahət Fərəcova Ordubad rayonununun  Gəmiqaya ərazisində olmuş, qayaüstü təsvirlər, ərazinin təbii resursları, landşaftı və s. ilə bağlı məlumatlar toplamışdır.
Qeyd edək ki, abidələrin  mədəni irs  siyahısına salınması üçün bir sıra şərtlərin ödəməsi tələb olunur: abidə möhtəşəm sənətkarlıq nümunəsi hesab olunmalı, mədəniyyətin inkişafına müəyyən təsir göstərməli, dünya mədəniyyəti üçün əvəzolunmaz tarixi və mədəni önəm daşımalıdır və s.