Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Heydər Əliyev Muzeyində növbəti seminar-treninq keçirilib

15 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində muzey əməkdaşları üçün  seminar-treninq keçirilib. “Görkəmli şəxslərin irsinin təbliğində və qorunmasında muzeylərin rolu”  mövzusunda keçirilən seminar-treninqi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova bildirib ki,  muzey işinin yaxşılaşdırılması və tamaşaçılara yüksək muzey xidmətinin göstərilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi olaraq seminarlar və seminar-treninqlər təşkil olunur. Seminar-treninqlər muzey əməkdaşlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsinə, onların bütün muzeyləri yaxından tanımasına, eləcə də müəyyən mövzular üzrə müzxakirə aparmaqla muzey işi sahəsində fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına xidmət edir.

Bildirilib ki, muxtar respublikamızda fəaliyyət göstərən muzeylərdə profilə uyğun olaraq tarixi və görkəmli şəxslərin həyat yolunu və yaradıcılığını özündə yaşadan maddi-mədəniyyət nümunələri qorunub saxlanılır və gələn tamaşaçılara təqdim olunur. Bu maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində və daha dərindən tədqiq olunmasında muzey əməkdaşlarının üzərinə mühüm işlər düşür.

Sonra Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev və     Azərbaycan muzeyləri” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanda mədəniyyətin, eləcə də muzeylərin inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın bir çox bölgələrində, eləcə də muxtar respublikamızda tarix-diyarşünaslıq muzeylərinin əsası qoyulmuş,muzey əməkdaşlarının maddirifahı yaxşılaşdırılıb.

 Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.