Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Hüseyn Cavid anadan olmasının 141-ci ildönümündə yad edilib

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin  iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Hüseyn Cavidin Xatirə Kompleksini ziyarət edib, ədibin məzarı önünə gül dəstələri düzüblər.

            Mədəniyyət və  ədəbiyyat nümayəndələrinin  iştirakı ilə  Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində gerçəkləşən tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,  teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Görkəmli dramaturqun bənzərsiz yaradıcılığı və bütöv, əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirib.Vurğulanıb ki, repressiyanın qanlı caynağı digər  vətən sevdalı, milli ruhlu ziyalılarımız kimi Hüseyn Cavidin də həyatından yan keçməyib. Haqqında əsassız ittihamlar irəli sürülən, həbs olunub Sibirə sürgün edilən görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiymət  Ümummilli lider  Heydər Əliyev tərəfindən   verilib. Ulu Öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin uzaq Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib. Şair haqqında imzalanan tarixi qərarlarla  görkəmli şairin Bakı şəhərində və doğma Naxçıvanda ev muzeyi yaradılıb, 1996-ci ilin oktyabrında Ümummilli liderin təşəbüsü və şəxsən iştirakı ilə Hüseyn Cavidin Naxçıvanda əzəmətli məqbərəsi ucaldılıb.

Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması istiqamətində  işlərin bu gün də uğurla aparıldığını diqqətə çatdıran Aparat rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə ədibin 120, 135, 140 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, Cavid  Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər sırasına daxil edilib. Dramaturqun doğulduğu Naxçıvan torpağında xatirəsi hər zaman əziz tutulur, əsərləri Naxçıvan Teatrında mütəmadi olaraq səhnələşdirilir, ev muzeyinin, zəngin irsinin qorunması, təbliği  daim diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edib, bədii yaradıcılığına şeirlə başlayan şairin  sonralar qələmə aldığı əsərlərin ədəbiyyatımızın qızıl fondunu təşkil etdiyini vurğulayıb.

Tədbir AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin kiçik elmi işçisi Səbinə Dünyamalıyevanın “Hüseyn Cavidin “Azər” poemasında bəşəri problemlər” və Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Ədəbiyyatımızda Hüseyn Cavid irsi” mövzusunda çıxışlarla  davam edib.

            Tədbirin bədii hissəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram  Teatrının aktyorları - Xalq  artisti  Həsən Ağasoyun və  Şölə Alışovanın ifasında Hüseyn Cavidin  əsərlərindən parçalar bədii qiraət edilib.

Sonda Hüseyn Cavid guşəsinə baxış olub.

 Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

24.10.2023