Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

İyun ayında muxtar respublikada insanların mədəni istirahəti təmin edilib

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə muxtar respublikada iyun ayında müxtəlif mədəni-kütləvi tədbirlər, konsert proqramları, müsabiqələr keçirilmiş, insanların mədəni istirahətinin təşkili diqqətdə saxlanılmış, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında Ulu Öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmış, Heydər Əliyev Muzeyi tərəfindən albom-kataloqun hazırlanması işi davam etdirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında dahi liderin həyat və fəaliyyətindən bəhs edən Aqşin Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçirilmiş, stasionarla yanaşı N hərbi hissədə, muxtar respublikanın rayonlarında nümayiş olunmuşdur.
    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və rəsm müsabiqələrinin seçim turları aparılmış yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilmiş, “Əl işləri sərgi-müsabiqəsi”nə ərizə qəbulu başlanılmışdır. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində Bakı şəhər 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin hesabat konserti alqışlarla qarşılanmış, Kəngərli rayonunda Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunmuşdur.
    Ümumilikdə, muxtar respublikada mədəniyyət müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində iyun ayı ərzində 37 tədbir keçirilmişdir. 
    İyun ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 140-cı bağlanış mərasimi keçirilmiş, teatrın kollektivi tərəfindən, ümumilikdə, 14, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 6, Naxçıvan Dövlət Uşaq Teatrında 3 tamaşa nümayiş etdirilmişdir.
    Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri “Naxçıvan – Bəşəriyyətin Beşiyi” adlı VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində, “Bakı Enerji Həftəsi-2023” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi sessiyanın iştirakçıları üçün və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə konsert proqramı ilə çıxış etmiş, filarmoniyanın kollektivlərinin məşqləri ay ərzində davam etdirilmişdir. Əlahiddə Ümumqoşun Ordunun  Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə 21 konsert proqramı təqdim edilmişdir. 
    Hesabat ayı ərzində nazirlik tərəfindən Sədərək rayonu ərazisində olan Sədərək (Sədərək Kültəpəsi) yaşayış yerində aparılan arxeoloji qazıntı və Şərur rayonu ərazisində yerləşən Qızqala və Oğlanqala yaşayış yerlərində aparılan kəşfiyyat işlərinə baxış keçirilmişdir.
    İyun ayında muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, ölkəmizin digər bölgələrindən və xarici ölkə­lərdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır. Cəlil Məmmədəquluzadənin ev-muzeyinin yaradılmasının 25-ci, Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılmasının 10 illiyi qeyd edilmiş, əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı 13 açıq dərs və 24 mühazirə, müxtəlif mövzulu tədbir və seminarlar gerçəkləşmişdir. Ay ərzində muzeyləri 55 min 396 nəfər ziyarət etmiş, muzeylərə 177 yeni eksponat daxil olmuşdur. 
    Ötən ay muxtar respublikada kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, kitab müzakirələri, əlamətdar və tarixi günlərlə bağlı tədbir və sərgilər təşkil edilmiş, sağlamlıq imkanları məhdud 25 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 097, oxucu gəlişi 9 min 397, kitab verilişi isə 63 min 420 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 56 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 251-dən 35 min 307-yə çatdırılmışdır. 
    İyun ayında klub müəssisələri Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparmış, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən bölgə folkloruna və toponimlərinə aid nümunələri, Şahbuz rayonunun Ayrınc kəndinin sakinlərindən folklor nümunələri toplanmışdır. 
    Ay ərzində nazirliyin yeni nculture.gov.az internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, nazirliyin “Instagram” və “Facebook” hesablarında mütəmadi olaraq məlumatlar yenilənmiş, muxtar respublikada keçirilən mədəni tədbirlər media vasitələrində işıqlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti