Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Klub müəssisələrinə yeni təyin edilmiş əməkdaşlar üçün seminar keçirilib

Klub müəssisələrinə yeni təyin edilmiş əməkdaşlar üçün seminar keçirilib

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında Sarayın tabeliyindəki klub müəssisələrinə yeni təyin olunmuş əməkdaşlar üçün “Klub işinin təşkili” adlı seminar keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşı Şəfəq Əhmədova açaraq bildirib ki, seminarın məqsədi yeni təyin olunmuş, həmçinin digər əməkdaşların işlərini günün tələbləri səviyyəsində qurmasına köməklik göstərməkdən ibarətdir.

Sonra mövzu ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşlarının çıxışları dinlənilib. Mərkəzin direktoru Səyyar Məmmədovun “Klub işinin təşkilində klub müəssisələrində çalışanların vəzifələri”, şöbə müdirləri Şərəf Quliyeva və Sevinc  Rəhimovanın “Mədəni kütləvi tədbirlərin təşkili” və “Dərnək fəaliyyətinin təşkili və sistemli şəkildə aparılması”, aparıcı metodist Zəhra Şəkərlinin “Folklor nümunələrinin toplanması  işi” adlı çıxışları olmuşdur.

Çıxışlardan sonra klub müəssisələrinin əməkdaşlarının sualları cavablandırılmış, təklifləri qeydə alınmışdır.