Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Əməkdar rəssam Sabir Məmmədovun muxtariyyətin 100 illiyinə həsr olunmuş sərgisi təşkil edilib

Fevralın 15-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı  Sabir Məmmədovun muxtariyyətin 100 illiyinə həsr olunmuş sərgisi təşkil edilib. Rəssamın çoxşaxəli yaradıcılığının məhsulu olan 40 əl işinin yer aldığı sərginin açılış mərasimində muxtar respublikanın mədəniyyət və incəsənət nümayəndələri, sənət dostları, ailə üzvləri iştirak edib.
     Sərgini giriş nitqi ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov Əməkdar rəssamın həyat və yaradıcılığından bəhs edib, muxtar respublikanın  mədəniyyətinə xidmət edən, Vətənin hər qarışından yüksək ilham alaraq təkrarsız əsərlər yaradan Sabir Məmmədovun  Naxçıvan rəssamlıq məktəbinin ən layiqli davamçılarından biri olduğunu vurğulayıb. “Ömrünün böyük bir qismini 100 yaşlı muxtariyyətimizin incəsənətinin yaşadılmasına, inkişafına həsr edən dəyərli rəssamın əsərləri hər zaman öz layiqli yerini tutacaqdır”,-deyə nazir müavini bildirib.
İncəsənətin inkişafında Naxçıvan rəssamlarının rolundan danışan Əməkdar rəssam, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini  Ülviyyə Həmzəyeva vurğulayıb ki,Sabir Məmmədov Bəhruz Kəngərli irsinin davamçılarından biridir. Sənətkar incəsənətin bütün sahələrində - rəngkarlıq, heykəltəraşlıq, ağac üzərində yonma, metal üzərində işləmənin  ən gözəl nümunələrini yaradıb, teatr rəssamlığı sahəsinə töhfələr verib.
Sonra rəssamın sənət dostları - Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru  Hökümə Məmmədlinin, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın çıxışları dinlənilib. Vurğulanıb ki, Sabir Məmmədov Naxçıvana həsr olunmuş dəyərli əsərlər yaradıb. “Haçadağ”, “Batabatda qış”, “Pəzməri şəlaləsinə gedən yol”, “Nəhəcir dağı”, “Naxçıvan XVIII əsrdə” və digər əsərləri onun torpağa olan sevgisinin məhsuludur. Fırça ustası bugünədək Rusiya, Ukrayna, İran, Türkiyə  və digər ölkələrdə, eləcə də paytaxt Bakıda keçirilən sənət sərgilərində iştirak edib, özünün fərdi sərgisi açılıb. Rəssamın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
      Sonra Sabir Məmmədov yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib, 4 əsərini Naxçıvan Dövlət Rəsm  Qalereyasına hədiyyə edib. Sonda tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.