Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında maarifləndirici tədbir keçirilib

13 sentyabr  2024-cü il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabların elmi və texniki qaydada işlənməsi” mövzusunda tədbir  keçirilib.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirmişdir ki, kitabxana işçilərinin peşəkarlığının artırılması məqsədilə tədbirlərin  keçirilməsi kitabxanaçıların bilik və bacarıqlarının artmasına, peşə səviyyələrinin yüksəlməsinə daha çox imkan yaradır.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Kitabların elmi və texniki qaydada işlənməsi” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabların texniki cəhətdən işlənməsinə kitaba cibliyin və müddət vərəqəsinin yapışdırılması, kitab formulyarının yazılıb kitabın cibliyinə qoyulması nəzərdə tutulur. Kitab formulyarında kitabın indeksi, inventar nömrəsi, sərlövhə və təsvirin başlığı, nəşr ili və nəşrin qiyməti qeyd edilir. Müddət vərəqəsində isə oxucu formulyarının nömrəsi və kitabın geri qaytarma tarixi qeyd olunur.

Kitabların elmi qaydada işlənməsi isə kitaba şifrənin və kataloq kartoçkalarının yazılmasıdır. Kitablar elmi qaydada işlənərkən, yəni hansı elm sahəsinə aid olduğu təyin edilərkən təsnifat cədvəli kitabxanaçının qarşısında olmalıdır. Çünki elə kitablar var ki, iki və daha artıq elm sahəsinə aiddir. Bu zaman həmin kitabda hansı elm sahəsinə daha çox yer verilibsə həmin şöbənin indeksi əsas götürülür. Kitablar elmi qaydada işlənərkən kitabxanaçı əlifba xidmət kataloquna da müraciət edir. Yeni kitablar alınarkən kitabların kitabxanada olub-olmamasını müəyyənləşdirmək üçün onlar kataloqla tutuşdurulur. Əgər kitab vardırsa o zaman yeni kataloq kartoçkası yazılmır. Kitabın şifrəsi kitabların titul səhifəsinin baş sağ küncündə, kataloq kartoçkalarının və kitab formulyarlarının baş sol küncündə yazılır. Formulyarın baş sağ küncündə kitabın inventar nömrəsi yazılır. Müəllif işarəsi kitab müəllifinin soyadı, kitab müəllifsiz olduqda sərlövhənin ilk sözünün birinci hecası ilə təyin olunur.

Tədbirin sonunda elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

Tədbirdə Naxçıvan şəhər (rayon) MKS-nin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak edib.