Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"Milli Musiqi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində "Milli Musiqi Günü”nə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və incəsənət nümayəndələrinin, ali və orta ixtisas  məktəblərinin müəllim və tələbələrinin, yaradıcı birliklərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov dünyaşöhrətli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu öndər Heydər Əliyevin  Fərmanına əsasən “Milli Musiqi Günü”nün qeyd olunduğunu diqqətə çatdırıb.
Həsən Seyidov qeyd edib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə  yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı  opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Ulu öndər Heydər Əliyevin hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini  yüksək qiymətləndirdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, Şanlı Zəfərdən  sonra Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  iştirakı ilə Şuşada dahi bəstəkarın  heykəli yenidən ucaldıldı, əsərləri illər sonra doğma yurdunda səsləndi.
Bildirilib ki, Ulu öndərin bütün sahələrdə uğurlu davamçısı olan ölkə Prezidenti cənab  İlham Əliyevin həssas münasibəti sayəsində Üzeyir Hacıbəylinin irsi bu  gün də hörmətlə yaşadılır və təbliğ olunur.  Nazir müavini əlamətdar gün münasibəti ilə bütün mədəniyət, incəsənət nümayəndələrini  təbrik edib, onlara yeni sənət uğurları arzulayıb.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının  Xalq Çalğı AlətləriOrkestrının  Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
Fikrət Əmirovun  "Azərbaycan kapriççiosu” musiqisi ilə başlayan konsert zamanı dahi bəstəkarın əsərlərindən parçalar ifa edilib. Dinləyicilərdə xoş əhval-ruhiyyə yaradan konsertdə, həmçinin görkəmli bəstəkarlardan Emin Sabitoğlunun, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Ramiz Mirişlinin əsərləri  ifa edilib.
Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrnın bədii rəhbəri Hakim Məmmədlinin dirijor olduğu musiqi şölənində əsərlər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Prezident mükafatçıları- Nərmin Hüseynova, Ilkin Abdullayev, İsrafil Qibləliyev tərəfindən təqdim olunub. Konsert  Naxçıvan Muxtar  Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynovanın ifasında "Zəfər himni” ilə sona çatıb.