Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"Molla Nəsrəddin" jurnalının 119 illiyi qeyd olunub.

Görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədquluzadənin Ev Muzeyində Azərbaycanda XX əsrin ən böyük mətbuat hadisəsi olan "Molla Nəsrəddin" jurnalının 119 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova bildirib ki, şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalı 25 ilə yaxın ömür sürərək, bir əsrlik keşməkeşli tarixi yol keçirib. Bu jurnal Azərbaycan ədəbiyyatının, mətbuatının, ictimai fikrinin ən yaxşı ənənələrini davam etdirərək milli zülmə, cəhalət və nadanlığa qarşı ən kəsərli mübarizə silahına çevrilmiş, XX əsr Azərbaycan ictimai həyatının ədəbi-bədii salnaməsi, ensiklopediyası kimi milli mənəvi xəzinəmizin qiymətli incilərindən olub. 
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi İman Cəfərli "Azərbaycan ədəbiyyatı və jurnalistikasında "Molla Nəsrəddin" mərhələsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti Xumar Məmmədova ""Molla Nəsrəddin" jurnalı və dünya ədəbiyyatı", Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Nəzakət İsmayılova "Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı" mövzularında çıxış ediblər. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Jurnalistika kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva da iştirak edib. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Məmməd Mehdiyev "Ölülər" tamaşasından İsgəndərin monoloqunu ifa edib.
Tədbirin sonunda isə "Molla Nəsrəddin 119" başlıqlı sərgiyə baxış olub. Sərgi haqqında muzeyin baş fond mühafizi-elmi işçisi Murad Nəcəfzadə tədbir iştirakçılarına ətraflı məlumat verib.