Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Muxtar respublikada muzey əməkdaşları üçün seminarların keçirilməsi davam edir

     Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən növbəti seminar-treninqdə Nazirliyin sistemində olan muzeylərin əməkdaşları iştirak edib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təşkil edilən seminar “Çap əsərlərinin uçot-mühafizəsi və onlara uçot nişanlarının vurulması qaydaları” mövzusuna həsr olunub.

    Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Qumral Əsədova giriş sözündə muzeylərdə qorunub saxlanılan çap məhsullarının xalqımızın qədim tarixini, ədəbiyyatını, mədəniyyətini gələcək nəsillərə ötürülməsindəki önəmindən danışıb.

Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin baş fond mühafizi Günel Novruzova çap əsərlərinə uçot nişanının yazılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib və müfaviq təlimat qaydaları  barədə iştirakçılara ətraflı məlumat verib. Əlavə edib ki, materialından asılı olaraq uçot nişanı əşyaya müxtəlif üsullarla, həmişə konkret bir yerdə, əşyanın daxili görünüşünə                 xələl gətirmədən, aydın dürüst yazılır. Muzey əhəmiyyətinə malik olan və oxunmağa verilməyən nadir kitablarda ştamp və nömrələr yalnız titul vərəqinin arxasında qoyulur.

Seminarda əlyazma vərəqləri və sənədlərdə şifr və nömrələrin qoyulması qaydalarından da bəhs edilib.

Seminar sualların cavablandırılması və muzey ekspozisiyasına baxışla sona çatıb.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

18.10.2023