Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Muzey əməkdaşları üçün gerçəkləşən növbəti seminar-treninqdə mədəni irsimizin qorunmasında muzeylərin rolundan danışılıb

        Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2023-cü ilin iş planına əsasən muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün gerçəkləşən növbəti seminar-treninq Bəhruz Kəngərli Muzeyində baş tutub.

      “Mədəni irsimizin qorunmasında muzeylərin rolu” mövzusunda keçirilən seminarda Nazirlik Aparatının baş məsləhətçisi Qumral Əsədova və Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli bildiriblər ki, mədəni irsimizin toplanılması, qorunması, gələcəyə ötürülməsi  dövlətimizin prioritet məsələləri sırasındadır. Muzey tarixi dövrlər arasında bir körpü, hər bir xalqın varlığının sübutu, tarixin yaddaşıdır. Muzeylər ictimaiyyətin mədəni inkişafına, mənəvi tərbiyyəsinə  böyük təsir göstərir.

Qeyd olunub ki,  muzeylərdə nümayiş etdirilən rəsm əsərləri də xüsusi əhəmiyyət daşıyır. Bəhruz Kəngərli Muzeyində B. Kəngərlinin “Qaçqınlar” portret silsiləsinə daxil olan əsərləri Qərbi Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınmasının sübutu, tarixi sənəd dəyərində incəsənət nümunələridir.

Seminarda, həmçinin mədəni irsimizin qorunması və təbliğində muzey əməkdaşlarının üzərinə düşən vəzifələrdən danışılıb, qarşılıqlı müzakirələr aparılıb.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Sonda  muzeyin ekspozisiyasına baxış olub.