Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Muzey əməkdaşları üçün növbəti seminar-treninq

11 avqustda Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində “Muzeylərə eksponat toplanması yolları və onların ilkin sənədləşmə qaydaları” mövzusunda seminar-treninq təşkil edilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı  ilə reallaşan seminarda Nazirliyin sistemində olan muzeylərin  əməkdaşları iştirak edib.

Seminar- treninqdə muzey fondlarının zənginləşdirilməsinin bu gün muzeylər qarşısında qoyulan tələblərdən biri olduğunu diqqətə çatdıran Nazirlik Aparatının baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muzey əməkdaşları muzeylərə eksponat cəlbi üçün səylə çalışmalı, əhali arasında maarifləndirici söhbətlər aparmalıdır.

Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin baş fond mühafizi Tünzalə Məmmədova muzeylərə eksponat toplanması yolları və onların ilkin sənədləşmə qaydaları ilə seminar iştirakçılarını tanış edib. Vurğulanıb ki, əşyalar daimi mühafizəyə alınmamışdan öncə mütləq şəkildə muzeydə fəaliyyət göstərən fond-satınalma komissiyasının müzakirəsinə çıxarılır. Daimi mühafizəyə alınmış muzey əşyaları əsas və elmi-köməkçi fondlarda toplanır. Qəbul aktı ilə rəsmiləşdirilməmiş əşyalar muzeydə mühafizə oluna bilməz. Aktlar yazılarkən muzeyə aid olan daxilolma kitabında yazılmış axırıncı şifrə və elmi inventar nömrəsi aktlara yazılır, aktla bərabər əşyanın da üzərinə yazılır. Aktlar yazılarkən əşyanı xarakterizə edən qısa təsviri – materialı, işlənmə texnikası, saxlanma vəziyyəti, ölçüləri və hansı dövrü əhatə etməsi göstərilməlidir.

Seminarda, həmçinin   əşyaların muzeylərdə şöbələrə verilməsi qaydaları, qrup halında daxil olan əşyaların qeydiyyatı, fotoneqativ fondu barədə də ətraflı məlumat verilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara mövzu ilə bağlı sənəd nümunələri təqdim edilib.

Seminar-treninq muzeyin ekspozisiyasına baxışla sona çatıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

11.08.2023