Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Muzey əməkdaşları üçün növbəti seminar-treninq keçirilib

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında növbəti seminar-treninq keçirilib. “Təsviri sənət əsərlərinin uçot-mühafizəsi və onlara uçot nişanının vurulması qaydaları” mövzusunda təşkil edilmiş seminar treninqi giriş sözü ilə  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədova açaraq qeyd edib ki, muxtar respublikamızda fəaliyyət göstərən 30-dan çox muzey və muzeytipli müəssisədə müxtəlif dövrlərə aid təsviri sənət nümunələri xalqımızın hələ qədim dövrlərdən yüksək mədəniyyət və sənətkarlığa malik olduğundan xəbər verir. Muzeylərin fondlarına daxil olan bütün eksponatlar kimi təsviri sənət əsərlərinin də uçot-mühafizəsinin müvafiq təlimatın tələblərinə uyğun aparılmasına xüsusi diqqət göstərilir.

Sonra mövzu ilə bağlı Naxçıvan Dövlət Rəsm Qalereyasının baş fond mühafizi-elmi işçisi Hüseyn Əhmədov  çıxış edərək bildirib ki, muzey fondlarına daxil olan təsviri sənət nümunələrindən ibarət eksponatlar öz qədimliyi və estetik görünüşü ilə tamaşaçıların diqqətini hər zaman cəlb etmişdir. Bu eksponatlar sırasında xalqımızın zəngin toxuculuq mədəniyyətindən xəbər verən xalçalar və xalçaçılıq nümunələri, milli geyim nümunələri, boyakarlıq və heykəltaraşlıq nümunələri, silahlar, dekorativ tətbiqi sənət nümunələri, fotoqrafiya  və s. olaraq qruplaşdırılır. Onların  uçot-mühafizəsi “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının uçotu və mühafizəsinə dair Təlimat”da müvafiq maddələrdə göstərilən qaydalara uyğun həyata keçirilir, onlara uçot nişanı vurularkən xüsusi qaydalara əməl olunur. Uçot nişanı bir qayda olaraq rəsm əsərlərində çərçivənin yuxаrı, yаxud аşаğı tаxtаsının sol küncündə boyа ilə yаzılır. Heykəltərаşlıq əsərlərində (аğаc, mərmər, metаl) nömrələr əşyаnın аrxа tərəfində, kürslüyün аşаğı sol küncundə minаlı (şirli) və yа yаğlı boyа ilə yаzılır. Pаrçаlаrın аstаr üzünə аçıq rəngli möhkəm pаrçаdаn (kolenkor, kətаn) hаzırlаnаn,  üzərinə ştаmp və nömrə vurulаn etiketlər tikilir. Bu eksponatların mühafizə vəziyyəti mütamədi olaraq nəzarətdə saxlanılır, onların konservasiyasına və bərpasına dair tədbirlər görülür.

Seminar-treninqin sonunda iştirakçıların sualları cavablandırılıb, müzakirə olunan məsələ ilə bağlı nümunələr əyani göstərilib.

Sonda qalereyanın ekzpoziyasına baxış keçirilib.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

13.07.2023