Bu və digər suallara noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində gerçəkləşən növbəti seminar-treninqdə aydınlıq gətirilib. “Muzey əməkdaşlarının peşə biliklərinin artırılmasında muzeylərin qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçirilən seminarda Nazirliyin sistemində olan muzeylərin əməkdaşları iştirak edib. Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Qumral Əsədova bildirib ki, qarşılıqlı fəaliyyət zamanı muzey əməkdaşları digər muzeylərdə uçot-mühafizə işi, eləcə də ekskursiya ilə yaxından tanış olur, muzey işinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparır.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin baş fond mühafizi Tünzalə Məmmədova gənc və yeni təyin olunmuş muzey əməkdaşlarının öz vəzifə funksiyalarını daha dərindən öyrənməsi, muzey işinin düzgün qurulması üçün seminarın və qarşılqlı fəaliyyətin önəmindən danışıb. Diqqətə çatdırıb ki, muxtar respublikamızın eksponatlarla ən zəngin muzeyi olan Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşları mütəmadi olaraq müvafiq profilli muzeylərin əməkdaşlarına praktiki köməklik göstərirlər.
Seminar-treninq iştirakçıların suallarının cavablandırılması və muzey ekspozisiyasına baxışla yekunlaşıb.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
14.11.2023