Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Dövlət Filarmoniyası Sədərək rayonunda konsert proqramı ilə çıxış edib

    Noyabrın 29-da Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Sədərək Rayon Mədəniyyət Sarayında konsert proqramı təqdim olunub.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertdə musiqimizin böyük himayədarının sevdiyi, ona həsr olunmuş əsərlər, vətənpərvərlik, milli birlik hisslərini ifadə edən mahnılar səsləndirilib. Oktay Kaziminin “Vətən gözəl” mahnısı ilə başlayan proqramda Bayram Nəsibovun,        Ramiz Mirişlinin,       Hacı Xanməmmədovun,   Cahangir  Cahangirovun, Nəriman Məmmədovun və digər bəstəkarların əsərləri, rəqs nömrələri təqdim olunub. Konsert zamanı ifalar Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri-Hünər Əliyev, Xatirə Səfərova, Ruhiyyə Hüseynova və filarmoniyanın solistləri Zamin Vəliyev, Əfsanə Babayeva, Habil Qasımov tərəfindən səsləndirilib.

Konsert rayon ictimaiyyəti tərəfindən izlənilib.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında konsert proqramları təşkil edilir.

   Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

29.11.2023