Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib

Naxçıvan Dövlət Filarmoniyası noyabrın 29-da Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə Trabzon şəhərində konsert proqramı ilə çıxış edib.

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert başlamadan əvvəl çıxış edən ölkəmizin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərindən, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərdən, Türkiyə-Azərbaycan qardaşlığı və birliyindən  danışıb.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiət etdiyi musiqi cələngində Müslüm Maqomayevin “Azərbaycan”, Aytən Alpmanın “Məmləkətim”, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Tofiq Quliyevin “Sənə də qalmaz”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qaradəniz”, Eldar Mansurovun “Sabaha ilhamla”  və digər musiqi və rəqs nömrələri təqdim edilib. Azərbaycan Respublikasının əməkdar artistləri-Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, solist İlkin Abdullayevin ifa etdiyi əsərlər rəğbətlə qarşılanıb.

 Konsert proqramı Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” əsəri ilə sona çatıb.