Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

10 Aprel 2025, Cümə axşamı

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrı Trabzonda qastrol səfərində olub

23 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Fransız yazıçısı Viktor Hüqonun "Edama məhkumun son günü" tamaşası ilə Türkiyənin Trabzon şəhərində keçirilən "12. Uluslararası Erol Günaydın Teatr Günləri" festivalında uğurla çıxış edib. 19 fevralda start götürən və 25 fevral tarixinədək davam edəcək festivalda ilk dəfə olaraq Azərbaycan və Bolqarıstan teatrları da iştirak edir.
Tamaşada əsas rolları Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, gənc aktyorlar Məmməd Mehdiyev və Səkinə Məmmədova canlandırıb. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərovdur. Səhnə əsəri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb və alqışlarla yekunlaşıb.
Tamaşanın sonunda Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev çıxış edərək teatrın tarixi haqqında ətraflı məlumat verib. O, 1918-ci ildə Kazım Qarabəşir Paşanın Naxçıvan teatrında Namiq Kamalın "Vətən yaxud Slistirə" tamaşasına quruluş verməsini xatırladaraq, bunun Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə töhfə verdiyini vurğulayıb.
Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanovun "Naxçıvan Teatrının Salnaməsi (1883-2008)" adlı kitabı Akçaabat Bələdiyyəsinin mədəniyyət və sosial işlər müdiri Turhan Bektaşoğluna hədiyyə edilib. Bu addım iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirilib.
Festival çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrının növbəti uğurlu çıxışı regionun mədəni irsinin təbliği baxımından mühüm hadisə kimi qiymətləndirilib və uğurlu çıxışa görə kollektiv dipıomla təltif edilib.
Qeyd edək ki, festivalda uğurla nümayiş ediən tamaşa mart ayının 1-i tarixində 19:00-da yenidən Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.