Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının 100 illiyi Ege dənizinin sahilində qeyd edilib

Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev Türkiyənin İzmir vilayətinin Foça şəhərində keçirilən 3-cü Beynəlxalq Meddah və Masal Festivalında iştirak edib. 
Qeyd edək ki,  Egey dənizinin sahilində yerləşən qədim Foça şəhərində 5 gün davam edən festivalda Səməd Canbaxşiyev tamaşaçılar qarşında  “Naxçıvan Muxtar Respublikası 100,  Azərbaycan və Türkiyənin diplomatk zəfəri” mövzusunda tarixi hekayə danışıb.

  Sonra qədim  amfiteatrda “Edama məhkumun son günü” tamaşasından bir hissəni, tanınmış aktyor, rejissor, pedaqoq, məddah Rasim Aşınla birlikdə “Kitabi Dədə Qorqud”dan  “Dəli Domrul” boyunu improvizə olaraq bir tamaşa kimi izləyicilərə təqdim etmiş,  Foça Midilli Kültür Sənət Mərkəzində uşaqlar üçün oreqami üsülu ilə “Bir dəniz sahilində” nağılını danışıb və kağızın köməyi ilə nağılın necə hazırlanmasını  onlara öyrədib.    
Bildirilib ki, “Yarın dərnəyi və Həqiqət Məddahları” Birliyinin rəhbəri  məddah Mehmet Ümit Görgülünün rəhbərliyi ilə, Türkiyə Kültür və Turizm Nazirliyi,Foça Bələdiyyəsinin dəstəyi ilə keçirilən, Azərbaycan, Türkiyə və onlayın şəkildə  Yaponiyadan sənət adamlarının çıxış etdiyi tədbirin məqsədi qədim türk aktyor sənətinin bir növü olan məddahlığın və uşaqlar üçün nağıl anlatma ustalığının yenidən inkişafına  dəstək olmaqdır. Daha çox xalqın arasında, geniş meydanlarda, insanların toplandığı müxtəlif məkanlarda öz bacarıqlarını sərgiləyən məddahlar həm də ilk türk milli teatrının aktyorları idilər. Yazıya alınmayan nağıllar, adı-bəhsi kitablarda keçməyən xalq qəhrəmanları, baməzə adamların hazırcavablığı bu sənət növünün əsas mövzusudur. Bir hekayəni, hadisəni  əlində olan əsa, başındakı papaq, boynundakı dəsmal və sairədən istifadə etməklə ustalıqla tamaşaçıya çatdırma bacarığı  istedad tələb edir. Türkiyədə bu sənət növü uzun illərdir ki yaşadılır. Bir neçə il əvvəl isə türk xalqına məxsus olan qeyri-maddi miras kimi UNESKO-nun siyahısına salınıb və qorunur. 
Festival Türkiyənin kütləvi informasiya vasitələrində, yerli televiziyalar, agentliklərlə yanaşı TRT Xəbərdə  geniş şəkildə işıqlandırılıb.