Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində 2024-cü ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini,nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov 2024-cü ildə görülən işləri ətraflı təhlil edib. Bildirib ki, ötən ilin ilk günlərindən başlayaraq mədəni tədbirlər davam etdirilib, sərgilər təşkil olunub, tamaşa və filmlər göstərilib. Eyni zamanda muxtar respublikanın mədəni-maarif ocaqlarında müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, ədəbi-bədii gecələr,  ustad dərsləri keçirilib və sərgilər təşkil edilib.
Nazir müavini qeyd edib ki, əlamətdar və tarixi günlərlə bağlı dövr ərzində Nazirlik tərəfindən 53, kitabxanalar tərəfindən 434 tədbir keçirilmiş, 611 sərgi qurulmuş, muzeylər tərəfindən 117 tədbir keçirilmiş, 85 sərgi qurulmuş, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən 327 tədbir keçirilmiş, 161 sərgi qurulmuşdur.
Vurğulanıb ki, Hesabat dövrü ərzində muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Sonra məruzə ətrafında çıxış edənlər 2024-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasda Nazirliyin 2025-ci il üçün iş planı təsdiq edilib.