Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün seminar keçirilib

16 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin əməkdaşları, baş fond mühafizləri, elmi işçiləri üçün seminar təşkil edilib. 
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, muzeylərdə uçot-mühafizə işinin nümunəvi şəkildə aparılması və yüksək muzey xidmətinin göstərilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi olaraq seminarlar, seminar-treninqlər keçirilir, muzey əməkdaşlarının qabaqcıl muzeylərdə təcrübə keçməsi üçün praktiki köməkliyin göstərilməsi təmin olunur. 
Vurğulanıb ki, bu gün yüz minlərlə ziyarətçinin axın etdiyi muzeylər həm də mədəniyyətimizin, incəsənətimizin, adət-ənənələrimizin saxlanc yeri kimi xüsusi dəyərə malikdir. Muzeylərdə mühafizə olunan maddi-mədəniyyət nümunələrinin düzgün qeydiyyata alınması, fond kitablarının müvafiq təlimata uyğun işlənməsi, eksponatlara uçot mühafizə nişanlarının qanunauyğun şəkildə vurulması mühüm əhəmiyyət kəsb edir. 
Qeyd edək ki, 20 sentyabradək davam edəcək seminarda mövzuların daha dərindən mənimsənilməsi üçün hər gün mövzulara uyğun olaraq slaydlar vasitəsilə əyani şəkildə izah edilməsi, fond kitablarının düzgün dolduruma qaydalarınını göstərilməsi nəzərdə tutulub.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.