Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan teatrı 140-cı mövsümünü başa vurub

İyunun 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 140-cı mövsümünün bağlanış mərasimində əvvəlcə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edib.

2023-cü il Azərbaycan peşəkar milli teatrının 150, Naxçıvan Teatrının isə 140 illik yubileyi ilə əlamətdar olduğunu bildirən nazir müavini vurğulayıb ki, 1873-cü ilin mart ayında Bakıda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan peşəkar milli teatrının əsası qoyulub. Bundan 10 il sonra – 1883-cü il mayın 11-də isə dövrünün mütərəqqi ziyalısı olan Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur “Zaviyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilməklə Naxçıvan teatrının əsası qoyulub.

 Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə milli teatrımız əsl inkişaf və intibaha qovuşmuş, maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və rejissor kollektivi formalaşmışdır”,-deyən Həsən Kərimov diqqətə çatdırıb ki, Azərbaycan teatrına olan dövlət qayğısı hazırda Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bildirilib ki, 140 illik Naxçıvan teatrı zəngin, mürəkkəb və şərəfli inkişaf yolu keçib, milli teatrımızın inkişafında mühüm rol oynayıb, ictimai fikrə və ədəbi mühitə güclü təsir göstərib, görkəmli dramaturq, rəssam, aktyor və teatr təşkilatçıları yetişdirib. Bu il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2023-cü ildə Mirzə Fətəli Axundovun “Sərgüzəşti – vəziri – xani – Lənkəran”, Aqşin Babayevin “Xilaskar”, Elçin Əfəndiyevin “Şekspir” və Jan Batist Molyerin “Skapenin kələyi” əsərlərini repertuar planına daxil edib.

Həsən Kərimov 140-cı mövsümün bağlanış mərasimi münasibəti ilə bütün teatr xadimlərini, teatrsevərləri təbrik edərək bildirib ki, yeni mövsümdə Naxçıvan teatrı müasir, zamanla səsləşən, xalqımızın estetik dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərən maraqlı tamaşalarla teatrsevərlərin qarşısına çıxacaq.

          Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təsdiq etdiyi Tədbirlər Planına əsasən  yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsəri əsasında səhnələşdirilən tamaşa  nümayiş olunub. Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, ikinci rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, musiqi tərtibatçısı  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

“Xilaskar” tamaşası 30 il əvvəl Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin,  Ümummilli liderin xilaskarlıq missiyasının səhnə həlli, qurtuluşa aparan yolda xalqımızın yaşadığı tarixi gerçəkliyin ifadəsidir. Tarixi dram janrında ərsəyə gətirilən tamaşada 90-ci illərin acı reallıqları, azadlığını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilas yolu tarixi  faktların işığında səhnələşdirilib.

          Səhnə əsərində  xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, əməkdar artistlər-Əbülfəz İmanov, Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Nazlı Hüseyinquliyeva, Səməd Canbaxşıyev, Günay Qurbanova və digər aktyorlar yer alıb.

Tamaşa ölkə başçısı İlham Əliyevin Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad olmasının, həm də ata vəsiyyəti olduğunu bildirən tarixi çıxışı ilə sona çatır.

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

25.06.2023