Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan teatrları bayram repertuarlarını açıqlayıb

 Cəlil  Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı “Çırtdan Novruza gəlir” nağıl-tamaşası ilə bayram günlərində teatrsevərlərin qarşına çıxacaq. Tamaşa 20 mart tarixdə 15:00-da, 21, 22, 23 mart tarixlərində isə saat 12:00-da nümayiş olunacaq.
    Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bayram repertuarı olduqca zəngindir. Belə ki, kuklaçılar 20 martda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən Bahar festivalında V.Haqverdiyevin "Saçları səməni oğlan" tamaşasını nümayiş etdirəcək. Teatrda 21 martda  "Saçları səməni oğlan", 22 martda Ə.Abbasovun "Keçinin qisası", 23 martda K.Ağayevanın "Göyçək Fatma”, 24 martda Ş.Abutalıbovun "Qoğalın sərgüzəşti", 25 martda V.Haqverdiyevin "Saçları səməni oğlan", 26 martda K.Ağayevanın "Tıq-tıq xanım" tamaşaları təqdim ediləcək. Səhnə əsərləri qeyd olunan günlərdə saat  11:00, 13:00, 15:00-da balaca dostların görüşünə gələcək.
Naxçıvan Dövlət Uşaq Teatrı isə 20 və 22 mart tarixlərdə, saat 12:00 və 14:00-da  “Bahar xanımın inadkarlığı”, 21 və 23 mart tarixlərdə isə həmin saatlarda “Siçanlar və pişiklər” tamaşası ilə balaca dostların qarşısına çıxacaq.