Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda “Anam kəlağayılı bir muğamıydı...” kitabının təqdimatı keçirilib

Noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Birliyin sədri Güllü Alıyevanın müəllifi olduğu “Anam kəlağayılı bir muğamıydı...” kitabının təqdimatı  baş tutub. “26 noyabr Azərbaycan Kəlağayısı Günü”nə töhfə olaraq ərsəyə gətirilən kitabda kəlağayının təbliği və tərənnümü ilə bağlı şair və yazıçılara, aşıqlara məxsus ədəbiyyat nümunələri, publisistik məqalələr toplanıb.

          Muxtar respublikanın mədəniyyət, ictimaiyyət, media  nümayəndələrinin iştirak etdiyi mərasimi giriş nitqi ilə açan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev nəşri milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan kəlağayının  yaşadılması və təbliği cəhətdən qiymətli bir kitab olaraq dəyərləndirib.

          Mərasimin aparıcısı, müəllif Güllü Alıyeva  “Anam kəlağayılı bir muğamıydı...” kitabını çap etdirməsindəki məqsədindən danışarkən vurğulayıb ki, noyabrın 26-dək ölkəmizin ayrı-ayrı bölgələrində kitabın təqdimatı və ədəbi-bədii görüşlərin keçirilməsi nəzərdə tutulub.

          Sonra Xatirə Muzeyinin baş fond mühafizi, şair, “Mirvarid Dilbazi Poeziya Məclisi”nin üzvü Sevinc Səbzəliyeva, Naxçıvan radiosunun əməkdaşı, şair Təranə Arifqızı, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulova, şair Tural Nəqşicahan kitabla bağlı fikirlərini bölüşüblər.

Çıxışların ardından mərasim bədii hissə ilə davam edib. Naxçıvan aşıqlarının, Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün və qızlardan ibarət rəqs qrupunun ifaları mərasim iştirakçılarında xoş ovqat yaradıb.