İyun ayının 6-dan etibarən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “Naxçıvan İstedadları” İncəsənət Festivalı keçirilir.
Festival muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, müvafiq sahə üzrə uşaq və yeniyetmələrin istedadlarının aşkara çıxarılması, şagirdlərin Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə, eləcə də milli musiqiyə olan marağının və fərdi musiqi bazasının daha da artırılması, gələcək peşəkar səhnə təcrübəsinin uşaq və yeniyetməlik yaşlarından aşılanması məqsədi ilə keçirilir.
Qeyd edək ki,festivalda iştirak edən şagirdlər rəsm, solo, müasir rəqs, fortepiano, xalq çalğı alətləri, vokal sənəti, xanəndəlik, aşıq sənəti, saz ifaçılığı, klassik simli və nəfəsli alətlərin ifası sahələrində çıxış edəcəkl.
Festivalın sonunda kateqoriya və nominasiyalar üzrə uğur qazanmış şagirdlər təltif olunacaqlar.