Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda tədbir keçirilib

Yanvarın 16-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində Naxçıvan” mövzusunda tədbir keçirilib.

      Tədbiri giriş sözü ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasın direktoru Ruzi Süleymanov açaraq bildirib ki, 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. 

      Vurğulanıb ki, Naxçıvan şəhəri Azərbaycan Atabəyləri-Eldəgizlər dövətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlərboyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.

      Qeyd olunub ki, tarixin bütün dönəmlərində qoca Şərqin qapısında məğrur dayanan, bir neçə dövlətlə həmsərhəd olan Naxçıvan öz tarixi keçmişi, yeraltı və yerüstü sərvətləri, dahi şəxsiyyətləri ilə tanınıb. Bu gün blokada şəraitində olmasına baxmayaraq, qrup-yaradan, inamla irəli addımlayan qədim yurd yerimiz özünün inkişaf mərhələsini yaşayır.

       Sonra Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Naxçıvan ədəbi mühiti 100 ildə”  və Uşaq Kitabxanasının şöbə müdiri Nüşabə Seyidovanın “Muxtariyyat səlnaməsi” mövzulu çıxışıları dinlənilib. Çıxış edənlər son 100 ildə Naxçıvanın ədəbi mühiti, mədəniyyəti və tarixi haqqında ətraflı məlumat vermiş, Yazıçılar Birliyinin üzvləri Naxçıvan haqqında yazdıqları şeirləri səsləndirmişlər.

      Tədbirdə məktəb şagirdləri tərəfindən Muxtar respublika haqqında şüarlar səsləndirlib, “Tarixin 100 səhifəsi” mövzusunda video slayd nümayiş olunub.

        Tədbirin sonunda “Naxçıvan Muxtar Respublika-100” başlıqlı sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə Naxçıvan Muxtar Respublikasının etnik-siyasi tarixinə, mədəni quruculuğuna, iqtisadi həyatına, arxeologiyasına, elmi, ədəbi və mədəni mühitinə həsr edilmiş 70 nüsxə kitab nümayiş edilir.