Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

9 Aprel 2025, Çərşənbə

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Növbəti seminar keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daxil olan çap məhsullarının uçotu” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli açaraq qeyd edib ki, kitabxanaçıların bilik və bacarıqlarının hərtərəfli inkişafına nail olmaq üçün keçirilən seminarlar kitabxanalarda təşkil olunmuş işin günün tələbləri səviyyəsində qurulmasına köməklik məqsədi daşıyır. Bu günkü seminar bu prosesin bir hissəsidir və onun əsas məqsədi kitabxana fondlarının idarə olunmasının vacib elementi olan daxil olan çap məhsullarının uçotu mövzusunu dərindən öyrənmək, müasir yanaşmaları müzakirə etməkdir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Komplekləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova “Daxil olan çap məhsullarının uçotu” haqqında məlumat verərək bildirib ki, kitabxanaya çap məhsulları satınalma, abunə, bəxşiş, itirilmiş kitab əvəzinə oxucunun başqa kitab verməsi, başqa kitabxanadan kitab verilməsi və s. müxtəlif mənbələrdən daxil olur. Daxil olan kitablar qoşma sənədlə tutuşdurulub yoxlanılır. Çap məhsulları qoşma sənədlə tutuşdurulduqdan və kitabxana fondunun ümumi uçot kitabına qeyd edildikdən sonra inventar kitabına yazılır. Uçot kitabları cildlənməli, nömrələnməli, qaytanlanmalı və kitabxananın tabe olduğu təşkilat (idarə) tərəfindən möhürlənməlidir.
Sonra mövzu ilə bağlı slayd nümayiş edilib, Naxçıvan Muxtar Respublikası şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının sualları cavablandırılıb.