Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Ordubadın ən qədim qəbiristanlığı

Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”, – deyən Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülüb.

Azərbaycan dünyada bəşər sivilzasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış qədim insanlar tarix boyu şərəfli yol keçərək çoxsaylı abidələr yaradıb. İndi bu abidələr dünya və Şərq memarlığının ən gözəl inciləri sırasındadırlar.

 Bu gün Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin böyük səyləri hesabına tarixi abidələrimizi YUNESKO-nun Dünya Mədəni İrs siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə diqqət və qayğı artmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 1997-ci ildən Azərbaycan Avropa Mədəniyyət Konvensiyası və Tədqidi Mərkəzin üzvüdür.

 Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan da xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, türbələr və məscidlərlə zəngindir. Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi ki, Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini həm mədəniyyətini, həm də adət-ənənələri göstərən abidələrdir!

Qürurvericidir ki, muxtar respublikamızda tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Son illər Möminə Xatun türbəsi, Qarabağlar Memarlıq Kompleksi konserviya edilmiş, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Buzxana və digər abidələr əsaslı bərpa olunmuşdur. Hal-hazırda Ordubad şəhərində yerləşən XVII əsrə aid olan “Cümə” məscidi-memarlıq abidəsi də təmir-bərpa işləri aparılır.

Sübut olunmuş bir həqiqətdir ki, Ordubad Azərbaycanın qədim şəhərləri içərisində özünəməxsus tarixi-memarlıq xüsusiyyətləri ilə seçilir. Ümummilli Liderimiz 1980-ci ilin may ayında Ordubadda olarkən “Ordubadı Azərbaycanın incisi” adlandırması da əbəs deyildir. Bu qədim yurd yeri yeganə şəhərdir ki, yeraltı kəhriz sistemi hər tərəfdən şəhəri əhatə edir. Ordubad Azərbaycanın sayca çox olmayan elə şəhərlərindəndir ki, o özünün qiymətli tarixi, memarlıq abidələrinin zənginliyini, orta əsr plan quruluşunu və qədim yaşayış zonasının bütöv bir hissəsini qoruyub saxlamışdır. Elə həmin bu xüsusiyyətlərinə görə Ordubad Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli qərarı ilə qoruq şəhəri elan olunmuşdur. O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanda arxeoloji və memarlıq abidələrinin sayına görə Ordubad rayonu 3-cü yeri tutur. Bölgədə 300-ə yaxın arxeoloji və memarlıq abidələri vardır. Qeydiyyata alınan abidələrin 100-ə yaxını tam bərpa edilmişdir.

1979-cu ildən fəaliyyət göstərən bu abidələrin qorunmasına böyük qayğı ilə yanaşır. Ordubad Rayon Tarix Memarlıq Qoruğu şəhərin Heydər Əliyev prospektinin Füzuli küçəsi ilə kəsişdiyi yerdən şimala olan hissəsi həmin qoruq zonasına daxildir. Qoruq üzrə 50 tarix və mədəniyyət abidəsindən 9-u tarixi, 6-sı arxeoloji, 33-ü memarlıq, 1-i ziyarətgah, 1-i monumental sənət abidədir. Onlardan 1-dünya, 14-respublika, 35-i yerli əhəmiyyətlidir. Ümumilikdə, rayonda 291 abidə qeyd alınıb ki, onlardan  110-u ölkə, 177-si yerli, 4-ü dünya əhəmiyyətlidir.

Mənbələrdən alınan məlumata görə 19-cu əsrin 30-40-illərindəki Ordubad şəhəri beş böyük zonadan ibarət olub. Bunlar Anbras, Kürdətal, Mingis, Sərşəhər və Üçtürləngə məhəlləsidir. Bu zonalardan nisbətən kiçik qədim məhəllələr də vardır. “Peci”, “Varsan”, “Əngəc”, “Bilal”, “Sərşəhər”, “Qaracanaq” “Marağan” və sair məhəllələrdəki məscidlər, çeşmələr, qədim çinar ağacları və məhəllə meydanları öz əhəmiyyətini bu gün də qoruyub saxlayır. Bu məhəllələrdə yerləşən məscidlərin minarələri olmur. Bu məscidlərə kiçik pilləkənlə qalxılır. Yəni burada minarəni məscidin damında yerləşən səki əvəz edir.

Yuxarıda qeyd etdiyim kimi, Ordubad yeganə qoruq şəhəridir ki, burada yeraltı kəhriz sistemi vardır. Əvvəllər əhali şəhərin mərkəzindən axan Dübəndi çayının suyundan istifadə edirdi. Sonradan, yəni XVI əsrdə yeraltı kəhriz sistemi yaradılmışdır.

Məlum olduğu kimi, Ordubadda bir neçə qəbiristanlıq da vardır ki, bunlardan ən böyüyü indi də istifadə olunan “Malik İbrahim” qəbiristanlığıdır. Buradakı qəbirlər yalnız VII əsrdən sonra islamiyyət dövründəki qəbirlərdir. Yeni baş daşları üzü qibləyə (cənuba), yazılar müxtəlif xətt formasında ərəb-fars dillərində olub. Bundan başqa bir neçə məhəllə qəbiristanlığı da vardır ki, bunların tarixi XV əsrdən başlamışdır və az miqdarda məzar daşı var. Bunun da səbəbi Ordubadda o vaxtlar vəba və taun xəstəliyi olduğundan ümumi qəbiristanlığa icazə verilməməsi, hər məhəllənin özü üçün qəbristanlıq düzəltməsidir. Məzar daşlarının üzərindəki yazılar da bunu sübut edir.

Bir qəbiristanlıq da vardır ki, çox böyük olub, Bəlkə dağının ətəyində yerləşir. Bu qəbirstanlıq bu günə qədər araşdırılmayıb. Qəbiristanlıq əsas səciyyəvi cəhəti ondan ibarətdir ki, baş daşı yoxdur, yalnız sinə daşları qoyulmuşdur. Bu sinə daşlarının üzərində heç bir işarə, yazı yoxdur. Daşların yonulma texnikasına uyğun olaraq belə mülahizə mümkündür ki, bu məzar daşları islamiyyətdən əvvəlki dövrə aiddir. Təqribən 800-dən çox olan bu məzar daşları qranitdən bir qədər yumşaq olan çay daşıdır.

 Buradan da aydın olur ki, Ordubadda sufizm cərəyanı miladi tarixi ilə məhz XIII əsrdən təbliğ olunmağa başlanılmış və 200 ildən artıq müddətdə bu cərəyan davam etmişdir. Məhz həmin əsrlərdə dəfn olunan bir neçə nəfər sufi naiblərinin də qəbirləri yaşıl daşlardan düzəldilmişdir. Ancaq həmin qəbir daşları Şeyx Fəzlullahın qəbir daşından kiçik və düzbucaqlı şəklində düzəldilmişdir. Özü də bu qəbir daşlarındakı yazılar çox yığcam və qısa yazılmışdır.

Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, o zaman Ordubad kiçik bir ərazini əhatə etsə də, tanınan qəsəbə olmuş və burada daş üzərində oyma işlərini bilən gülcü sənətkarlar yaşamışdır. Lakin bu sənət sonralar öz yerini yeni üslubda yonma texnikasına vermişdir. Bu da əvvəlki fiziki işdən daha asan olmaqla yaraşıqlı və oxunaqlı olmuşdur. İslamiyyət meydana gələndən sonra məzar daşlarından yazılar naxışlı olmaqla salındığı illər də qeyd edilmişdir.

Əminə ALMƏMMƏDOVA

Ordubad Tarix Memarlıq Qoruğunun direktoru