Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Professor, memar Oğuz Ceylan: “Türk memarlığının kökünü həmin evdə gördüm”

  Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda tarixi abidələrin bərpası, onların beynəlxalq səviyyədə qorunması məqsədilə UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub. Dekabrın 22-də Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türkiyə Respublikasından olan memarlar Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinə baxış keçiriblər. Qonaqlar Naxçıvan şəhərində İsmayıl xan hamamı, Xan sarayı, Möminə xatın, Yusif Küseyiroğlu türbələrinin, eləcə də qədim yaşayış evlərinin tarixi-memarlıq quruluşu, tikilmə texnikası, bərpa perspektivləri ilə maraqlanıblar. 
    Memar Sinan İncəsənət Universitetinin professoru, memar Oğuz Ceylan Naxçıvan abidələrinin bərpasında yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması yolları, yenidən restavrasiyası istiqamətində görüləcək işlər barədə “Şərq qapısı” qəzetinə müsahibə verib: – Öncə onu deyim ki, bu ərazidə XII, XIII, XIV yüzillikdən qalma çox qiymətli əsərlər vardır. Müəyyən vaxtlarda bu abidələrdə restavrasiya aparılıb. Möminə xatın türbəsinin bərpasında sementdən istifadə olunduğuna görə zirzəmidən gələn nəm, kondensasiya problemi vardır. Abidədə mərkəzdənqaçma da müşahidə olunur, türbə bir tərəfə doğru əyilib. Əvvəlki formasına qaytarmaq mümkün olmasa da, qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün torpağı təmizlənməli, sement qatı tamamilə aradan qaldırılmalıdır. Biz ilkin olaraq binanın çevrəsinin açılmasını məsləhət gördük. Gələn ilin yaz aylarına qədər bu formada qalacaq, yazdan sonra təkrar drenajlar hazırlanaraq həmin boşluqlar örtüləcək. Ən əsas məsələ sement qatının ümumiyyətlə götürülməsidir. Çünki bu sulfatın əmələ gəlməsinə səbəb olur. Daha sonra asistik mühit yaranır. Beləliklə, tuğla və daşlar sementin formalaşmasından zərər görməyə başlayır. Biz restavrasiya prosesində heç vaxt sementdən istifadə etmir və edilən yerləri də dərhal təmizlədirik.
    Oğuz Ceylan qeyd etdi ki, restavrasiya olunan zaman öncə qədim arxiv materialları araşdırılmalı, tarixi sənədlər toplanılmalıdır. Ən önəmlisi də abidənin qədim şəkilləri tapılmalıdır. Restavrasiya sırasında biz bu fotolara baxaraq üç layihə hazırlayırıq. Bunlardan birincisi, mövcud vəziyyətin, ikincisi, tarixi binanın ilk dönəminin rəsminin çəkilməsidir. Üçüncüsü isə, həmin abidəni günümüzdə necə istifadə edəcəyimizi, yəni restavrasiyasını müəyyən edirik. Bu üç layihə hazırlandıqdan sonra restavrasiya prosesinə başlayırıq. Bərpa zamanı isə əvvəlcə istifadə olunacaq ləvazimatların analizi aparılır. Hazırda Şəki yolu üzərində yerləşən Diribaba türbəsi və Şəki Xan Sarayının divarlarının ləvazimat analizləri bizim universitetdə aparılır. Laboratoriya bizim hansı bərpa ləvazimatlarından istifadə edəcəyimizi müəyyən edir. Və bir daha vurğulamalıyam ki, bu prosesdə sementdən istifadə qəti şəkildə yolverilməzdir. 
    Türk memar onu da bildirdi ki, işi ilə bağlı Azərbaycanın bir sıra bölgələrində olub: – Şəkidə Mirzə Fətəli Axundovun evi var, indi muzey kimi fəaliyyət göstərir. Çox qiymətli bir evdir. Türk memarlığının kökünü mən həmin evdə gördüm. Ümumiyyətlə, Azərbaycan və Türkiyənin tarix, mədəniyyət baxımından ortaq tərəfləri çoxdur. Bu istiqamətdə çalışmaq lazımdır. Türk memarlığının kökü bu torpaqlardadır. Xüsusilə də Şəkinin, Şamaxının adlarını qeyd edə bilərəm. Mən o bölgələrdə çox çalışmışam. Nəticədə, Bursa əyalətinin Yeni Şəhərində bir muzey yaratdım. Adı Şamaxı evidir. Şamaxı ailəsi eyniadlı Azərbaycan şəhərində baş verən güclü zəlzələdən sonra Bursa əyalətinin Yeni Şəhərinə köçərək məhz həmin evdə yaşayıb. Orada ipəkçiliklə məşğul olmağa davam ediblər. Bildiyimiz kimi, Şamaxı, Bursa ipəkçiliyin geniş yayıldığı ərazilərdir. Sözüm odur ki, ortaq cəhətlərimiz kifayət qədərdir. Abidələrin memarlıq quruluşu, tikilmə texnikası baxımından da bənzərliklərimiz çoxdur. Bildiyimiz kimi, 9-cu, 10-cu yüzilliklərdən etibarən İslam dini bu bölgələrdə yayılmağa başlayıb. İlk İslamı qəbul edən Qaraxanlılar olub. Bu abidələrin çoxu həmin dövrdə tikildiyi üçün özündə türk-islam mədəniyyətini daşıyır. Anadolu bölgəsində, o cümlədən Ərzurum, Sivas, Konyada da belə abidələrdən vardır. İnanıram ki, birgə fəaliyyətimizlə iki qardaş ölkənin ortaq tarixini, mədəniyyətini qoruyub yaşada biləcəyik. 
    Qeyd edək ki, dekabrın 23-də memar və mütəxəssislər Culfa və Ordubad rayonları ərazisində yerləşən tarixi abidələrə də baxış keçirəcəklər.

Nail ƏSGƏROV