Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Qubalı müəllimin Naxçıvan sevgisi

  O, ömrünün 20 ilini bu sənətə həsr edib. O sənət ki gələcək nəsillərin musiqişünas kimi böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. 1984-cü ildə Quba şəhərində anadan olan Aygün Babaverdiyeva ilk təhsilini də elə dünyaya göz açdığı Quba şəhərində alır. Musiqiçi ailəsində böyüyən Aygün qarmon müəllimi olan atası Fuad Əhmədovun sənətinə olan sevgisindən bəhrələnərək musiqiyə uşaq yaşlarından könül verir. O elə ilk musiqi təhsilini də Quba Şəhər Uşaq İncəsənət Musiqi Məktəbində Fortepiano ixtisası üzrə alır. 1999-cu ildə Sumqayıt Şəhər Musiqi Kollecinə qəbul olunan Aygün xanım 2003-cü ildə həmin kollecin Fortepiano ixtisasını bitirərək Quba şəhərində ixtisası üzrə müəllim olaraq fəaliyyət göstərir. 2018-ci ildə isə Aygün Babaverdiyeva ikinci vətənim dediyi Naxçıvanın ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Musiqişünaslıq ixtisası üzrə təhsilini davam etdirir. 

   Onun Naxçıvan sevgisi 2006-cı ildən başlayır. Hərbçi yoldaşı olan Aygün xanım 2006-cı ilin yanvar ayından xidməti vəzifəsini Naxçıvanda davam etdirən yoldaşı ilə bərabər Culfa rayonuna gəlir. İlk vaxtlar burada yaşamağa tərəddüd edən Aygün Babaverdiyeva indi Naxçıvanı özünə ikinci doğma vətən hesab edir. Aygün müəllim deyir ki, o zamanlar Naxçıvanın ən çətin günləri idi. Burada, ümumiyyətlə, qaz xəttindən söhbət gedə bilməzdi, işıqlar isə iki saatdan bir yanırdı. Hətta bəzən elə olurdu ki, gün ərzində heç yanmırdı. Şəhərdə doğulub böyüyən biri olaraq rayonda çətin şəraitdə yaşamaq, həqiqətən də, mənim üçün asan deyildi. Bəzən elə olurdu ki, yoldaşım işi ilə əlaqədar günlərlə evə gələ bilmirdi. Xüsusilə sərhəd kəndlərindən olan Şadada yaşayarkən atışmaların səsindən qorxu içində uşaqlarla bərabər səhərə qədər gözümüzə yuxu getmirdi. Aygün xanım deyir ki, bəlkə də, Naxçıvana bu qədər böyük məhəbbətlə bağlanmağım bu yerdə hər zəhmətə qatlaşmağımdan irəli gəldi. Axı insanın əmək verdiyi hər şey ona əziz olur. Naxçıvanda bir çox yerlərdə yaşamalı olduq. Demək olar ki, Naxçıvanın bütün şəhər, rayon, kəndlərini gəzmişəm. Burada çoxlu dostlar, doğmalar qazanmışam. 
    O deyir ki, 2013-cü ildə yoldaşımın hərbi xidməti ilə əlaqədar Şahbuz rayonuna köçməli olduq. Naxçıvandakı fəaliyyətimin uğurlu addımlarını da elə məhz Şahbuzda atdım. 2015-ci ildə Şahbuz Rayon Uşaq Musiqi Məktəbində fortepiano müəllimi olaraq işə başladım. Baxmayaraq ki, bir müddət sonra həmin məktəbdən ayrılaraq fəaliyyətimi Kəngərli rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində davam etdirdim, amma Şahbuz Musiqi Məktəbi mənə doğmadır, əzizdir. Çünki o məktəb mənə böyük mənəvi dəyərlər bəxş edib. Hazırda fəaliyyət göstərdiyim Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi isə mənim doğma, əziz ikinci evimdir. Burada olarkən zamanın necə keçdiyini hiss etmirəm. Şagirdlərimə fortepianonun sirlərini öyrətmək üçün böyük həvəslə hər gün Naxçıvan şəhərindən Qıvrağa yol alıram. Bəzən insanlar soruşur ki, hər gün bu qədər yolu gedib-gəlmək səni yormur? – Əlbəttə, yox. İnsan öz doğma evinə getməkdən, özünə övlad bildiyi şagirdlərinə hər gün yeni nəsə öyrətməyə can atmaqdan niyə də yorulsun?..

 Bu musiqi məktəbində kollektivlə birlikdə böyük uğurlar qazanmışıq. Həm konsertmeyster kimi, həm pedaqoq kimi şagirdlərimlə birlikdə bir çox konkurslarda, konsertlərdə iştirak etmişik. Həmin tədbirlərdə bir çox mükafatlara layiq görülmüşük. Şagirdlərimlə birlikdə iştirak etdiyimiz bütün konsertlər rəğbətlə, qarşılanıb. Ən yaddaqalan uğurlarımızdan biri isə bu il may ayının 21-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramı oldu. Bu, Kəngərlidə ilk dəfə baş tutan solo konsert idi. Məktəbin müəllimi, tarzən Pünhan Həsənli ilə birlikdə apardığımız konsert Qıvraq qəsəbə Mədəniyyət Sarayında baş tutdu. Konsertin təşkilində Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbinin böyük dəstəyi oldu. Məktəbdə təşkil olunan tədbirlərdə hər zaman nümunəvi müəllim kimi təqdim edilməyim mənə mənəvi stimul oldu, qürur verdi. 300 nəfərlik izləyicisi olan konsert böyük maraqla qarşılandı. Bu konsertin baş tutması mənim üçüm ikiqat sevincli bir hadisə olmaqla yanaşı, həm də məsuliyyətli bir iş idi. Ona görə ki, bu konsert Ulu Öndərin vətənində, dahi şəxsiyyətin yubileyinə həsr olunurdu. Şükürlər olsun ki, bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildik. Xoşbəxtəm ki, Ulu Öndərin 100 illik yubileyi burada çalışdığım dövrə təsadüf etdi. Elə bu doğma diyarda, hər birimiz üçün əlamətdar bir ilə mən də öz fəaliyyətimlə töhfə verməyə çalışdım.
    “Mən yer üzündə müəllimdən yüksəli ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”, – deyən dahi şəxsiyyət Heydər Əliyevin bu dəyərli fikirlərini özünə işıqlı yol bilən, fəaliyyətini vicdanla yerinə yetirən Aygün müəllimin timsalında bütün müəllimlərə bu şərəfli yolda böyük uğurlar diləyi ilə...

 Gülcamal TAHİROVA