Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Şairə və yazıçı Sona Teymurbəyli-Rəhimlinin “Əzəmət” və “Sevgimi əbədi elə versəydim” kitablarının təqdimatı keçirilib

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və “Heyran xanım” adına Zərif Qadınlar Ədəbi Məclisinin birgə təşkilatçılığı ilə şairə, yazıçı Sona Teymurbəyli-Rəhimlinin “Əzəmət” və “Sevgimi əbədi elə versəydim” kitablarının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Sona Teymurbəyli-Rəhimli Naxçıvan ədəbi mühitində öz sözünü demiş ədiblərdəndir. Sona xanım uzun illər pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olmuş və bir-birindən dəyərli ədəbi nümunələr ortaya qoymuşdur. Onun bu günə kimi 17 kitabı işıq üzü görmüşdür.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şairə, yazıçı Təranə Arifqızı “Sona Teymurbəylinin həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemət “Sevgimi əbədi elə versəydim kitabında vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi, saf məhəbbətin tərənnümü”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Əzəmət publisist romanı haqqında” çıxış edərək bildirmişlər ki, Sona Teymurbəyli-Rəhimli 21 mart 1959-cu ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Orta təhsilini 1 nömrəli Nehrəm kənd orta məktibində almış, 1981-ci illərdə Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. O ədəbi fəaliyyətə 1970-ci illərdən başlamışdır. İlk əsəri “Körpə gülüşü” adlı mənsur şeiri “Yeni Ordubad” qəzetində dərc olunmuşdur. Sona xanım həm də bir-birindən gözəl və oxunaqlı nəsr əsərlərinin də müəllifidir. “Sevgimi elə versəydim” kitabında müəllifin 2022-2023-cü illərdə qələmə aldığı vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi, saf məhəbbət, vüsal və həsrətin vəhdəti, doğma və yaxınlarına ithaf etdiyi və müxtəlif mövzularda yazdığı şeirlər əks olunmuşdur. "Əzəmət" publisist romanı isə onun sonuncu, 17-ci kitabıdır. Kitabda Sona xanımın həyat yoldaşı Hüseyn Rəhimlinin öz dilindən söylədiyi xatirələr və ömür yollarında baş verən keşməkeşli hadisələr təsvir edilmiş və müxtəlif dövrlərdə çəkilmiş rəsmlər verilmişdir.

Sonra tədbir iştirakçılarından filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova, şairlərdən Tofiq Qəbul, Kəmalə Nəsrin, Süsən Kərimli, Sevinc Azadlı, Səbinə Əlincəli və başqaları təqdimatı olan kitablar haqqında fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları müəllifin kitabxananın fondunda olan kitabları ilə yaxından tanış olublar.