Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əl işləri sərgi-müsabiqəsi”nin yekun tədbiri olub. Naxçıvan Dövlət Rəsm Qalereyasında təşkil olunan tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət mədəniyyət siyasətindən bəhs edib. Vurğulayıb ki, mədəniyyətin bütün sahələrinin inkişafı, onun qorunması, təbliği, gənc nəslin bu ruhda tərbiyələndirilməsi bu gün də dövlət mədəniyyət siyasətinin əsas proritetlərindəndir.
“Əl işləri sərgi-müsabiqəsi” nin “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan “Tədbirlər Planı”nına əsasən keçirildiyini diqqətə çatdıran Həsən Seyidov əlavə edib ki, Nazirliyin sisteminə daxil olan mədəniyyət sarayları, mədəniyyət evləri və klubların əməkdaşları, bu müəssiələrdə fəaliyyət göstərən dərnək üzvləri arasında təşkil edilən müsabiqənin məqsədi Heydər Əliyev irsini təbliğ etmək, istedadlı şəxsləri üzə çıxarmaq, onların yaradıcılıq potensilını inkişaf etdirmək, aktiv peşəkar sənətə istiqamətləndirmək, yeniyetmə və gənclər arasında maddi və mənəvi dəyərlərimizə məhəbbət hissini aşılamaqdır. İki yaş qrupu üzrə iştirakçıların təmsil olunduğu, 48 müraciət əsasında 68 əl işinin dəyərləndirildiyi sərgi-müsabiqəyə qəbul olunmuş əl işləri hər yaş qrupu üzrə “Ən yaxşı toxuma”, “Ən yaxşı rəsm”, “Ən yaxşı əl işi” nominasiyaları üzrə qiymətləndirilib.
Sonra təltif etmə mərasimi gerçəkləşib.
Muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə üzrə qiymətləndirilən müsabiqədə 18 yaşınadək olan yaş qrupları arasında “Ən yaxşı rəsm” nominasiyası üzrə Şahbuz Rayon Mədəniyyət Sarayının dərnək üzvü Nurhan Heydərli I, Şərur Rayon Məmmədsabir Kənd Klubunun dərnək üzvü Kimyanur Babayeva II, Şərur Rayon Dərəkənd Kənd Mədəniyyət Evinin dərnək üzvü Günel İsmayılova III yerin sahibi olub. Naxçıvan Şəhər 3 nömrəli Mədəniyyət Evinin dərnək üzvü Gövhər Hüseynəliyeva “Ən yaxşı əl işi” nominasiyası üzrə I yerin sahibi olub.
18 yaşından yuxarı olan yaş qrupları arasında isə “Ən yaxşı toxuma” nominasiyası üzrə Babək Rayon Göynük Kənd Klubunun dərnək rəhbəri Pəri Seyidova I, Culfa Rayon Qazançı Kənd Mədəniyyət Evinin dərnək rəhbəri Natəvan Qurbanova II, Babək Rayon Məzrə Kənd Mədəniyyət Evinin dərnək rəhbəri Şəfəq Hüseynəliyeva III yerin sahibi olub.
Həmçinin, “Ən yaxşı əl işi” nominasiyası üzrə Şərur Rayon Muğanlı Kənd Klubunun dərnək üzvü Aysel Novruzova I, Culfa Rayon Bənəniyar Kənd Mədəniyyət Evinin dərnək rəhbəri Sevinc Quliyeva II, Ordubad Rayon Nüsnüs Kənd Mədəniyyət Evinin dərnək rəhbəri Şəfiqə Məmmədova III yerin sahibi olub. Qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomu, nominasiylar üzrə fərqlənən iştirakçılar isə Nazirliyin fəxri fərmanı ilə təltif edilib.
Tədbirdə, həmçinin bu ilin aprel ayında keçirilmiş, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsinin qalibləri də təltif olunub. Qaliblər - Culfa rayon Əlincə Kənd Klubunun əməkdaşları Qurbanova Rəqsanə Qurban qızı və Quliyeva Sevinc Ramiz qızı I dərəcəli, Ordubad rayon Kələki Kənd Klubunun mədəni təşkilatçısı Bilalova Pinar Gülməmməd qızı II dərəcəli, Ordubad rayon Kələki Kənd Klubunun müdiri Mirzəli Süqəra Təvəkkül qızı III dərəcəli diplomlarla, müsabiqədə fərqlənən Culfa rayon Kırna Kənd Mədəniyyət Evinin direktoru Əsgərova Sona Məşdi qızı, Şahbuz rayon Sələsüz Kənd Klubunun əməkdaşları Hüseynova Qəmər Mahmud qızı və Hüseynova Xanım İlham qızı, Şahbuz rayon Yuxarı Qışlaq Kənd Mədəniyyət Evinin əməkdaşları Məmmədli Nərgiz Aslan qızı və Ələkbərli Gülay Elçin qızı Nazirliyin fəxri fərmanı ilə təltif olunub.
Mükafatlandırma mərasiminin sonunda sərgiyə baxış olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyin mətbuat xidməti
22.09.2023