Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilməsi məqsədilə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyininin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Xələc yaşayış yerinə baxış keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəni irsimizin qorunmasına və tədqiqinə yönəlmiş tədbirləri, xüsusilə arxeoloji ekspedisiyaların fəaliyyəti üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ölkəmizdə arxeoloji tədqiqatların genişlənməsinə, yerli ekspedisiyaların səmərəli fəaliyyətinə səbəb olmuşdur.
Qeyd edək ki, qazıntıların məqsədi qədim arxeoloji mədəniyyətlər arasındakı keçidi izləmək, Naxçıvan ərazisində formalaşan qədim arxeoloji mədəniyyətlərin Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyətləri ilə qarşılıqlı təsirini üzə çıxarmaqdan ibarətdir.
Qazıntılar zamanı buradan müxtəlif dövrlərə aid boya naxışlı və sadə keramika məmulatları əldə edilib. Ekspedisiyanın ən maraqlı tapıntısı isə Naxçıvan ərazisində ilk dəfə olaraq aşkar edilmiş yanmış suvaq qalıqları, ağ kirəclə suvanmış döşəmə, Antik dövrə aid sütun altlığıdır.
Qeyd olunan ərazidə qazıntılar iyul ayının 28-dək davam edəcək,