Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Xalq şairi Məmməd Arazın anadan olmasından 90 il ötür

        Bu münasibətlə oktyabrın 13-də Xalq şairinin  Şahbuz rayonunun Nursu kəndində  yerləşən Ev Muzeyində təşkil edilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov açıb. Milli poeziyamıza əvəzsiz  töhfələr verən Xalq şairi, tərçüməçi, publisist, Əməkdar incəsənət xadimi Məmməd Arazın həyat və yaradıcılığından danışan nazir müavini diqqətə çatdırıb ki, Məmməd İbrahimov 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Görkəmli söz ustadı ədəbiyyat tariximizdə Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan sənətkarlardan biri olub. Təsadüfü deyil ki, ölkəmiz müstəqillik eldə etdikdən sonra  vətənin ən ali mükafatı sayılan “İstiqlal” ordeninə layiq görülmüş şairlərdən biri də məhz Məmməd Araz olub. Ümummilli lider Heydər Əliyevin Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə hər zaman  böyük diqqət göstərdiyindən, bu gün də ədibin irsinə dövlətimiz tərəfindən  qayğı ilə yanaşıldığından danışan Həsən Seyidov əlavə edib ki, Prezident İlham Əliyevin “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə şairin yubileyi dövlət səviyyəsində qeyd olunub, xatirəsi müxtəlif ünvanlarda  əbədiləşdirilib. Bu gün ölkəmizin hər yerində, eləcə də Naxçıvanda Xalq şairinin irsi öyrənilir, təbliğ olunur.

     Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Sözün Vətən qibləsi - Xalq şairi Məmməd Araz” mövzulu çıxışında şairin Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsinin və milli birliyin təbliğindəki rolundan  danışıb. Bildirib ki,  şair oxunaqlı, sənətkarcasına yazılmış poeziya nümunələrində ana dilinin üslub imkanlarından qeyri-adi dərəcədə yararlanıb, dilimizin bütün zənginliyi, dərinliyi, əlvanlığı   şairin poetik misralarında əks olunub.

     Sonra  Məmməd Arazın qardaşının oğlanları  Elvin İbrahimov  və Qorxmaz İbrahimli şairlə bağlı xatirələrindən söhbət açıblar.

     “Şərq qapısı” qəzetinin müxbiri Fariz Əhmədov Məmməd Arazın  şeirlərinin onun tərcümeyi-halı olduğundan bəhs edib, yaradıcılığındakı poetik ifadələrin məna yükünə toxunub.

     Xalq şairi Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanova şairin zəngin bədii irsinin qorunub saxlanılmasında muzeyin əhəmiyyətindən danışarkən diqqətə çatdırıb ki, hazırda mədəniyyət ocağında Məmməd Arazın həyat və fəaliyyəti ilə bağlı geniş məlumat əldə etməyə imkan verən kitablar, şəkillər, şairin şəxsi əşyaları, əlyazmaları və çoxsaylı materiallardan ibarət 1190 eksponat qorunub saxlanılır.

Çıxışların ardından Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli şairin avtoqraflı kitabını muzeyə hədiyyə edib.

     Sonra tədbir bədii hissə ilə davam edib. Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında səsləndirilən Məmməd Arazın şeirləri üstündə yazılmış aşıq havaları və mahnılar, Nursu kənd tam orta məktəbinin şagirdlərinin  qiraət etdikləri şeirlər rəğbətlə qarşılanıb.

Yubiley tədbiri muzey ekspozisiyasına baxışla yekunlaşıb.

  

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

13.10.2023