Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"Xalq Teatrlarında Ustad Dərsləri" layihəsi çərçivəsində Naxçıvanda panel görüş keçirilib

"Xalq Teatrlarında Ustad Dərsləri" layihəsinin davamı olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında "XXI əsr – Müasir Teatrın Problemləri" adlı panel görüş təşkil edilib. Tədbirdə teatr sənətinin aktual problemləri müzakirə olunub və peşəkar fikirlər səsləndirilib.
Panel görüşdə xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev çıxış edərək müasir dövrdə teatrın qarşılaşdığı çətinliklər, aktyor sənətinin inkişaf istiqamətləri və bu sahədə olan ehtiyaclar barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda xalq teatrlarının həvəskar aktyorlarının sualları cavablandırılıb. Suallara cavab verən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu tədbir layihənin sonu deyil. O, gələcəkdə Naxçıvanda fəaliyyət göstərən beş xalq teatrı ilə birgə daha iri miqyaslı layihələrin həyata keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, layihədə Babək Xalq Teatrı, Şahbuz Rayon Xalq Teatrı, Naxçıvan Şəhər Xalq Teatrı, Şərur Rayon Xalq Teatrı və Ordubad Rayon Xalq Teatrı iştirak edirdi.