Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işləri davam edir

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstututunun Xaraba Gilan arxeoloji ekspedisiyası iyun ayının 1-dən Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işləri aparır. İndiyədək Muncuqlutəpə və Mərdangölü abidələrində işlər başa çatdırılmışdır.

Mərdangölü nekropolu, Antik və Orta əsr Xaraba Gilan səhər yerinin şərq hissəsində, Gilan cayın qolu olan Xal Keşan çayının sağ sahilində dağın ətəyində yerləşir. Nekropolda üç qəbir tipi - sərdabə, daş qutu və torpaq qəbirlər vardır.

Daş qutu qəbirlər şimal-qərb - cənub-sərq istiqamətindədir. Mərdangölü nekropolu qəbirlərinin analogiyasına Şərqi Anadoluda Qaragündüz, Dilqaya və Urmiya hövzəsində Dingətəpə, Həsənli lV və Həsənli V abidələrində rast gəlinir. lll Plovdağ, Mərdangölü və Muncuqlutəpə neropollarindakı qəbirlərlə Sərqi Anadolu və Urmiya gölü hovzəsi abidələrindəki yaxin oxşarlıqlar bu bölgələrin e.ə. l minilliyin birinci yarısında eyni iqtisadi-mədəni inkisaf yolu keçdiyini söyləməyə əsas verir.

Hər üç qəbir tipinin iri daşlardan qurulmuş dördbucaqlı kromlexi vardır. Qəbirlər nekropolda qrup səklində yerləşmişdir. Hər qrupda qəbir tipləri müxtəlifdir. Torpaq qəbirlərin yerüstü hissəsi sərdabə və daş qutu qəbirlərin yerüstü hissəsindən nisbətən fərqlənir. Belə ki, torpaq qəbirlərin dördbucaqlı kromlex daxilində konsentrik daş düzümü, kromlexə bitişik işlənmiş dordbucaqlı və beşbucaqlı planda qurbangahları vardır.