Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

YENGİCƏ HAMAMI (ХVIII əsr)

İndiyədək gəlib çatan nümunələr göstərir ki, keçmişdə muxtar respublika ərazisindəki şəhərlərlə yanaşı kənd tipli yaşayış məntəqələrində də hamamlar fəaliyyət göstərmişdir. Naxçıvanda yaradılan türk-islam mədəniyyətinin belə nümunələrindən biri Yengicə hamamıdır. Hamam Şərur rayonunun Yengicə kəndində inşa olunmuşdur. Əhalinin fikrincə hamam XVIII əsrin sonlarında əslən Şahtaxtı kəndindən olan Tovuz xanım tərəfindən tikdirilmişdir. Hamam Yengicə kəndinin əhalisindən əlavə ətraf kəndlərdən gələn adamlara da xidmət etmişdir.

Yengicə hamamının ümumi sahəsi 650 kvadratmetrdir. Bina əhəng məhlulu istifadə olunmaqla bişmiş kərpiclə tikilmişdir. Hamam binası düzbucaqlı formada iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Zalları örtən günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidmət otaqları qismən dağıntıya məruz qalsa da hamamın daxili planı yaxşı vəziyyətdədir.

İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına açılır. Hamamın ocaqxanası cənub hissədə yerləşir. Hamam döşəmənin altında yerləşdirilmiş isti hava kanalları vasitəsilə qızdırılırdı. Binanın işıqlandırılması günbəzin mərkəzində yerləşən baca və divarlardakı kiçik pəncərələr vasitəsi ilə həyata keçirilirdi.

Hamam 2017-ci ildə bərpa olunmuşdur.