Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2018-Cİ İLİN AVQUST AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi avqust ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ay ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

01 avqust 2018-ci il tarixdə Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ana dilinə həsr olunmuş şeirlər səsləndirilmiş və əlamətdar günə həsr olunmuş sərgiyə baxılmışdır. Bundan başqa A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərində səyyar kitab sərgisi təşkil edilmiş və rayon (şəhər) MKS-lərin Mərkəzi kitabxanaları da daxil olmaqla əlamətdar günlə bağlı 8 tədbir keçirilmişdir.

2 avqust tarixdə “Azərbaycan Kinosu Günü” münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Kino Gününə həsr edilmiş sərgi ilə tanış olublar. Sonda “O olmasın, bu olsun” filmi nümayiş etdirilmişdir.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin muzeylərlə tanışlığı məqsədilə 09 avqust tarixdə Cəmşid Naxçıvanskinin Ev Muzeyində, 21 avqust tarixdə isə Şahbuz rayon tarix-diyarşünaslıq və Xalq şairi Məmməd Arazın ev muzeylərində muzey bələdçiləri üçün seminar-treninq keçirilmişdir.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən 15-31 avqust tarixlərdə Naxçıvan Musiqi Kollecində fond mühafizlərinin peşə biliklərinin artırılması məqsədilə seminar keçirilmişdir.

27 avqustda Kəngərlilər nəslinin nümayəndəsi Əkbər Xan Kəngərlinin nəvəsi Fərman, həmçinin onun oğlu Fərhad və qızı Yasna Nağdəliyevlər tərəfindən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə olunmuş arxiv sənədləri və xatirə əşyalarının təqdimat mərasimi keçirilmişdir.

05 avqust tarixdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunu tərəfindən təşkil olunan “Yay məktəbi”ndə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin  musiqi kollektivləri tərəfindən aztəminatlı ailələrin uşaqları, həmçinin Naxçıvanda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 5 dəfə musiqili proqram təqdim edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Avqust ayı ərzində muzeyləri ümumilikdə 46088 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 12026  nəfəri əcnəbi vətəndaşlardır. Avqust ayı ərzində muzeylərə  65 ədəd eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxananın fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasında iyul ayında Hüseyn Cavidin “Azər” poeması, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) adlı kitabın müzakirəsi keçirilmişdir.

16 avqust tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən sərhəd qoşunlarının yaranması günü münasibətilə Naxçıvan Sərhəd Qoşunları Qarnizonunda “Vətən mənə oğul desə” başlıqlı əbədi-bədii kompozisiya keçirilmiş, “Vətən sərhəddən başlanır” mövzusunda kitab sərgisi qurulmuşdur. Bundan başqa həmin tarixdə Bəxtiyar Vahabzadənin anadan olmasının ildönümü ilə əlaqədar C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində sərgi təşkil edilmişdir.

03 avqust tarixdən başlayaraq A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən təşkil edilən “Yay oxu zalı”nın məşğələləri davam etdirilmiş, 03, 07, 10, 14, 17, 21 və 24 avqust tarixlərdə keçirilərək 28 avqustda yekun vurulmuşdur.

Ümumilikdə hesabat dövrü ərzində əlamətdar və tarixi günlə bağlı 42 tədbir keçirilmişdir.

Avqust ayı ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 14 məhdud imkanlı və  fiziki qüsurlu şəxsə,                   A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə üç nəfər məhdud imkanlı və  fiziki qüsurlu şəxslərin ailəsində olmuşonlara səyyar xidmət göstərilmişdir.Uşaq kitabxanası tərəfindən                             14 avqust tarixdə Naxçıvan Regional İnformasiya Mərkəzində “Biz oxumağı öyrənirik” başlığı altında səhərcik keçirilmişdir.

21 avqust tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında - “Beynəlxalq Azərbaycan Muğamı Günü” münasibətilə “Daş ürəklərdə yaranıb daşları sındıran muğam” adlı konfrans keçirilmiş və sərgi təşkil olunmuşdur.

28 avqust tarixində Naxçıvan şəhər Əliabad qəsəbəsindəki kənd mərkəzində kitabxanaya yeni alınmış ədəbiyyatların sərgisi təşkil olunmuşdur.

Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə Nazirlik tərəfindən “M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşlarının regionlara ezamiyyələrinin təşkilinə dair qrafik”ə uyğun olaraq A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları avqust ayında Kəngərli rayonunun MKS-nin uşaq şöbəsində olmuş onlara lazımi metodiki köməklik göstərilmişdir. Hər iki kitabxananın işçiləri kitabxananın bütün şöbə və bölmələrinin iş prinsiplərilə təcrübəçiləri yaxından tanış etmiş və sualları cavablandırılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının metodika və biblioqrafiya şöbəsinin əməkdaşları tərəfindən  avqust ayı ərzində 3 adda 24 metodiki məktub göndərilmişdir.

Nazirliyin iş planında kitabxana fəaliyyətinin yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş “Nağıl günləri” layihələrinin icrası ilə bağlı işlər davam etdirilmiş, 21 avqust tarixdə Naxçıvan Şəhər 5 nömrəli Uşaq Bağçasında tədbir keçirilmişdir.

Ay ərzində muxtar respublika əhəmiyyətli kitabxanalarda, eləcə də rayon (şəhər) MKS-lərdə “Kitabxanaçı günü”nün keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında “Kitabxanaçı Günü” münasibətilə 17 avqust tarixdə “Analitik-biblioqrafik təsvir” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 17 avqust tarixində “Kitabxanalarda siyasi cəhətdən əhəmiyyətini itirmiş, işlənib yararsız hala düşmüş ədəbiyyatların fondlardan silinməsi qaydaları” haqqında məşğələ keçirilmiş, Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” kitabının müzakirəsi keçirilmişdir.

Ümumilikdə hesabat dövrü ərzində “Kitabxanaçı günü” ilə əlaqədar 98 maarifləndirici tədbir keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında “Kitabxana Günü”  münasibətilə 24 avqust  2018-ci il tarixdə Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının işğalı ilə əlaqədar yığıncaq  keçirilmişdir. Bununla bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” rayon (şəhər) MKS-lər də daxil olmaqla oxucuların kitabxanaya cəlb olunması məqsədilə keçirilən “Kitabxana Günü”ndə müxtəlif başlıqlı 145 tədbir keçirilmişdir.

“Mütaliə günü” ilə əlaqədar 10 avqust  tarixdə M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasında “Kitabxanalarda mütaliəyə rəhbərlik” adlı konfrans keçirilmişdir. Ay ərzində bununla bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 138  tədbir keçirilmişdir.

Ümumilikdə hesabat dövründə kitabxanalarda keçirilən mədəni kütləvi tədbirlərin sayı 43, sərgilərin sayı 34 olmuşdur. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 1 adda 10 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində Nazirliyin sisteminə daxil olan kitabxanalara 2,  Bədii sənətkarlıq və incəsənət məktəblərinə 8 nüsxə çap məhsulu paylanılmışdır.

Muxtar respublika əhəmiyyətli kitabxanalarda (rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanalarıda daxil olmaqla) yeni oxucu sayı 241 nəfər, oxucu gəlişi 12845 nəfər, kitab verilişi 52071 nüsxə təşkil etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının proqramında nasazlıq olduğu üçün avqust ayının oxucu sayı bilinmir.

Avqust ayı ərzində Rayon (şəhər) MKS-lər də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən tədbirlərin sayı 146, birbaşa həsr olunanların sayı isə 82-ə çatmışdır.

Nazirliyin tabeliyində olan konsert-tamaşa müəssisələrinin bədii heyəti əmək məzuniyyətindən qayıdaraq fəaliyyətlərinə davam edirlər. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı avqustun 12-dən H.Cavidin “Xəyyam” əsəri əsasına hazırlanan tamaşanın məşqlərini davam etdirir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla avqustun 12-dən tamaşaların bərpa məşqlərinə başlamışdır. Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq 29 avqust tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Kukla teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün “Qoğalın sərgüzəşti” tamaşası nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Filarmoniyası avqustun 12-dən qrafikə uyğun olaraq məşqləri davam etdirir. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirləri çərçivəsində Naxçıvan şəhərindəki Saat meydanında avqustun 18-də Mahnı və Rəqs Ansamblı, avqustun 25-də isə  Estrada Orkestri konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Dövlət Film Fondu 08 avqust tarixdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün film göstərmişdir. Bundan əlavə “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində avqustun 10-da Ordubad rayonunun Bist kəndində “Yarımçıq xatirələr”, 17 avqustda Şərur rayonunun Yeni Havuş kəndində, 24 avqustda isə  Babək rayonunun Nəhəcir kəndində “Üçüncü günün adamı” bədii filmləri nümayiş etdirilmişdir.

Avqustun 8-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda sağlamlıq imkanları məhdud uşaqlar üçün “Şərikli çörək” bədii  filmi göstərilib.

26 avqust 2018-ci il tarixdə Culfa Rayon Mədəniyyət Şöbəsi ilə birgə Bənəniyar Kənd Uşaq Musiqi Məktəbində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında Culfa rayonundakı mədəniyyət evi və klub əməkdaşlarının iştirakı ilə “Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbirdən sonra mədəniyyət evi və klub əməkdaşlarının fəaliyyətləri ilə bağlı sualları cavablandırılmış, onların fəaliyyətinin artırılması istiqamətində tövsiyələr verilmişdir.

Rayon (şəhər) mədəniyyət şöbələri və tabe müəssisələr tərəfindən 01 avqust 2018-ci il tarixdə “1 avqust - Azərbaycan Əlifbası və Ana Dili Günü” ilə əlaqədar 19 tədbir. 02 avqust tarixdə isə “Azərbaycan kinosu günü” münasibəti ilə 4 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirilən növbəti tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin də ortaq iştirakı ilə 24 avqust tarixdə Sədərək Rayon Heydərabad qəsəbəsində həyata  keçirilmişdir.

12 avqust tarixdə Babək Rayon Mədəniyyət Şöbəsində “Beynəlxalq Gənclər Günü” münasibətilə, ”27 avqust tarixdə isə Kiçikoba kənd klubunda Xalq şairi Məmməd Arazın 85 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilmişdir.

Ümumilikdə avqust ayında mədəniyyət evləri və klublarda tarixi və əlamətdar günlərlə bağlı 97 tədbir keçirilmişdir.

Avqust ayı ərzində mədəniyyət evi və klublarda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında keçirilən tədbirlərin sayı 83, birbaşa həsr olunan tədbirlərin sayı isə 6olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən avqust ayı ərzində 993.40 manatlıq 126 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan mətbəxinə aid unudulmaqda olan mətbəx və folklor nümunələrinin toplanması işi davam etdirilmiş, avqust ayı ərzində 5 milli mətbəx, həmçinin 11 folklor nümunəsi toplanmışdır. “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrində ay ərzində 30-a yaxın paylaşım edilmiş və 900-dən çox baxış sayı qeydə alınmışdır. “Naxçıvan folklorunda mətbəx elementləri” adlı səhifədə isə 20-dən çox paylaşım edilmiş, 350-dən çox baxış sayı qeydə alınmış, səhifə bəyənilməsi artaraq 177 olmuşdur.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Avqust ayı ərzində Nazirliyə 4-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 28 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara                   12-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 40 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 1 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır. Müəssisə və təşkilatlara 10 nəfər işə qəbul edilmişdir.

Avqust ayı ərzində 1 dəfə ümumi və 1 dəfə kollegiya iclası keçirilmiş, 4 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.

Nazirliyin Maliyyə və təsərrüfat sektoru tərəfindən avqust ayına dair statistik hesabatların, aylıq üzləşmə aktının hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi, Nazirliyin Aparatının və tabeliyində olan təşkilatların saxlanılması, Nazirliyin tabeliyində olan müəssisələrə lazımi mal-material alınması təmin edilmişdir.

10-17 avqust 2018-ci il tarixlərdə Nazirliyin Aparatının və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən Şərur rayonunun Çərçiboğan, Xanlıqlar, Çomaxtur, Şəhriyar, Şahbulaq,Qarxun, Mahmudkənd, Alışar, Yuxarı Daşarx, Oğlanqala, Dizə və Aşağı Yaycı, Ordubad rayonunun Sabirkənd, Baş Dizə və Gilançay,Culfa rayonununKırna, Ləkətağ, Saltaq, Göydərə, Əlincə, Milax, və Ərəfsə, Şahbuz rayonunun Mərəlik, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Sələsüz, Daylaqlı, Ayrınc, Qızıl Qışlaq və Kiçikoba, Kəngərli rayonun Qarabağlar vəŞahtaxtıkəndlərin, həmçinin rayon mərkəzlərində yerləşən mədəniyyət müəssisələrinə işçilərin əmək və icra intizamına əməl etməsi vəziyyətinə baxılması məqsədilə yoxlamalar aparılmış və yoxlamaların nəticəsinə əsasən müvafiq tədbirlər görülmüşdür. Reyd zamanı mədəniyyət müəssisələrində çalışan əməkdaşlara yerində metodiki köməklik də göstərilmişdir.

Avqust ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-lər ilə əlaqələri davam etdirilmiş, mütəmadi olaraq müsahibələr verilmiş, məqalə və məlumatlar göndərilmiş, müxtəlif mövzulu televiziya verilişlərinin hazırlanmasına köməklik göstərilmişdir.